Belçikada maliyyə sahəsində fəaliyyət göstərən sektor federasiyası "Febelfin", hazırladığı təəccüblü "Do not share any personal or financial data, or you could be next" adlı video çarxı ilə xüsusi məlumatlarını sosial şəbəkələrdə paylaşanlara xəbərdarlıq edir. "Duval Guillaume Modem" agentliyi tərəfindən hazırlanan video çarxda mail vasitəsilə bank məlumatlarını paylaşan bir şəxsin həyatının tamamilə necə ələ keçirilə biləcəyi izah olunub.