Dəyərli Oxucu! Oxumaqda olduğunuz bu yazı son zamanda sosial şəbəkədə böyük rezonans doğuran bir hadisə ilə bağlıdır. Çalışdığım qədər bu rezonansı izah etməyə və qısa zamanda necə şəxsi brend – MarkaMAN olmaq barədə yollar göstərəcəyəm. İlk öncə rezonansın episentrini açıqlayım. Belə ki, müxtəlif mənbələrdən – gözümlə gördüyüm, mütaliə etdiyim, müşahidə nəticəsində öyrəndiyim bir marketinq sirrini açıqlayan bir yazı yazdım.
1. Fərqli və çəkici olun – çılğınlıq uğur gətirir!
Birinci qaydaya uyğun olaraq çəkici bir ad fikirləşdim. Hətta “Marketoloqların sirrləri” və yaxud “Marketoloqların hiylələri” yazmaqla adiləşən bir başlığa mübaliğə əlavə edib “Marketoloqların baş döndürən hiylələri” kimi adlandırdım. Bununla da oxucuları vaxt ayırıb bu yazıya baxmalarını təmin etdim.
Alisanı möcüzələr diyarına saldım. Necə? Çox sadə bir yolla. Oxucunu dilində və elə onun gündəlik həyatından danışdım. Və həmin gündəlik həyatda fərqinə varmadığı marketinq hiylələrini açıqladım. Hansı ki, yazının ilk iki bəndi məhz oxucunu bloqda tutmağa yönəlmiş “tələ” idi. Son nəticədə oxucu mütaliə zamanı sirlərdən aydınlanmış oldu ki, bu da MarkaMan olmağa gedən yolda ilk addımlar idi. İnsanlar belkə də sıradan marketinq nəzəriyyəsindən bəhs edəcəyini umduğu halda gözləniləni üstələyən bir yazı ilə rastlaşdılar.
3. Insanlararası Networking – əsl katalizatordur!
Dostlar, sosial şəbəkə böyük qüvvədir! Bundan maksimum dərəcədə yararlanmaq və öz şəxsi brendinizi yaratmaqda alət kimi istifadə edə bilərsiniz. Yazı 29 iyun, 2013-də www.ramilcabbarov.com ünvanında yayımlandı. Sizə fərq üçün statistik məlumat verim. 2 gün yalnız bloqumda olan yazını cəmi 11 nəfər oxudu. Amma rezonans sonrası, baxmayaraq ki, heç bir mənbədə saytıma istinad yox idi, yazını 155 nəfər oxudu və rəy bildirdi. Daha sonra insanlararası networking-ə əsasən yazılarım ardıcıl olaraq: Supermarketinq.com, Facemark.az və Marketinq.net marketinq saytlarında geniş oxucu kütləsinə çatdırıldı:
Bundan əlavə olaraq keçid linklərinin Facebook və Twitter üzərindən paylaşılması gündəm yaratmağa və gündəmdə dayanıqlı qalmağa şərait yaratdı.
Sosial şəbəkədə və internet üzərində yayımlandıqdan sonra ortam bir balaca sakinləşdi. Məhsulumun marka olduğuna əmin idim və daha çox səs salacağına inanırdım. Və anidən bir Twitter mesajı Zorro effektinə daha bir nümunə yaratdı:
Bu mesajı aldıqdan sonra myvideo.az video arxivləmə üstünlüyündən istifadə edərək verlişi tapdım və izlədim. ATV xəbər bu verlişi hazırlayarkən birmənalı şəkildə yazımdan istifadə etmişdir. Çünki, bəzi yazımdakı məxsusi sözlərin işlənməsi izlərin məhz Zorro-ya gətirib çıxardı. Əslində istinad edilən mənbə göstərilməsinin tərəfdarı idim. Çünki, mediada adın hallanması artıq Markalaşma yolunda ciddi təkan verəcəkdi. Həmin süjeti Sizə təqdim edirəm:
6. Bütün yollar Zorro qiyafəli MarkaMan-a gedir!
Süjetdə görülən şəxsi tanımıram, buna görə də şəxsinə hər hansı rəy verməyəcəm. Misalım digər hallara istinad edəcək. Əgər hər hansı bir mənbədən qaynaqlanılırsa, biznes etikasına mütləq şəkildə riayət olunmalı və yaxşı olardı ki, istinad bildirilsin. Bizim bu misalda, nədənsə jurnalist Zorro-nu tapa bilməyib. Dostlar, inanın mənə marka yaradacaq bir yazı yazmaq olduqca asandır. Sadəcə egosuz olun. Hətta mənim xəbərim olmadan insanların məhz bu sujetin mənə məxsusluğunu mən deyil, elə oxucu kütləsi qərar verdi. Oxunub yadda qalan bir yazı – hər zaman gündəmdədir!
YEKUN.
Dostlar, sonda onu qeyd edim ki, MarkaMan olmaq uğurlu şəxsi marketinq strategiyasının nəticəsidir. Proqnozlaşdırılan nəticəni əldə etmək üçün mütləq şəkildə hədəfinizdəkinin düşüncəsinə mükəmməl bələd olmalısınız.
Uğur düsturu = Oxucu dilində yazın + oxucu istədiyini göstərin