Heineken ABŞ-da "Voyage" adlı qlobal kampaniyasına start verdi. Bundan əvvəl Wieden+Kennedy agentliyi tərəfindən hazırlanmış kampaniyada Heineken kişiləri sivilizasiyadan uzaqlaşdırılmış guşələrə "atır" və onlar məhdudlaşdırılmış bir sıra ip uclarından istifadə edərək oradan çıxmaları üçün macəralardan keçirlər. Bu kampaniya "Dropped" layihəsinin məntiqi davamıdır.
JFK aeroport terminalına gələn 25 yaşdan yuxarı hər bir səyahətçi hara göndəriləcəyyindən asılı olmayaraq Departure Roulette-də iştirak edə bilər. Heineken yeni kampaniyası aerodroma yerləşdirilmiş olan qırmızı bir düymələ səyahətçilərin bütün planlarını alt-üst edir. Kifayət qədər cəsur olan yolçular qirmızı düyməni basaraq Heineken-in təyin etdiyi ölkəyə yollanırlar.
Layihənin reklam çarxı artıq amerika televiziyasında nümayiş olunmaqdadır. "Dropped-un" növbəti epizoduna isə 22 iyul tarixində Heineken.com və YouTube-da start veriləcək və verilən məlumatlara əsasən bu dəfə amerikalı Mərakeşə "yollanacaq".
Client: Heineken
Agency: Wieden + Kennedy, Amsterdam
Director: Fredrik Bond
DOP: Ben Fordesman
Production Company: Sonny London