Bilirik ki, elə bir zamana gəlmişik ki, hər birimizin həyatında internet əvəzsiz rol oynayır. Gündəlik həyatda lazım olan informasiyanın 90%-ini məhz müxtəlif saytlardan alırıq. Xəbərin virtual aləmə sirayət etməsi xəbər saytlarının da öz aralarında rəqabət aparmasına səbəb olmuşdur.




Bəs Azərbaycanda xəbər saytlarının reytinqi necədir?




Apardığım araşdırmaya əsasən Azərbaycanda top 10-da olan saytlar arasında xəbər saytları yoxdur. Belə ki, ilkin yerləri sosial şəbəkələr, portallar, axtarış sistemləri tutur. Xəbər saytları arasında isə növbələnmə onu göstərir ki, hazırda ümumi göstərici üzrə 12 –ci yerdə olmasına baxmayaraq, birincilik məhz trend.az saytına məxsusdur. Daha sonrakı 3 yeri milli.az, apa.az, day.az saytı tutur. Qeyd edim ki, hazırda 15-ci yerdə olan day.az may ayında 8-ci yerdə idi. Görünür, istirahət mövsümü özünü xəbər saytlarının reytinqində də özünü göstərir.




Xəbər saytlarının öz aralarında növbələnməsi isə belədir:



1. Trend.az


2. Milli.az


3. Apa.az


4. Day.az


5. Musavat.com


6. Qafqazinfo.az


7. Lent.az


8. Publika.az


9. 1news.az


10. anspress.com



İndi isə ümumi məlumatdan kənarlaşıb bəzi xəbər saytlarımız barədə konkret məlumatları çatdırmaq istəyərdim.



Trend.az




Azərbaycanda reytinqi - 12


Dünya üzrə reytinqi – 2847


Klik göstəricisi – 26.20%


Hər istifadəçi üçün gündəlik səhifə baxışı göstəricisi – 23.10%


Saytda ortalama gündəlik keçirilən vaxt – 23:20


Sayta daxil olan istifadəçilərin xarakteristikası:


Sayta daxil olanların yaş aralığı: 25-34


Cins: daha çox kişilər


Facebookdan daxil olan istifadəçilərin göstəricisi – 6.9%


Google.com -dan daxil olan istifadəçilərin göstəricisi – 6.8%



Milli.az




Azərbaycanda reytinqi - 13


Dünya üzrə reytinqi – 4379


Klik göstəricisi – 32.90%


Hər istifadəçi üçün gündəlik səhifə baxışı göstəricisi –9.6%


Saytda ortalama gündəlik keçirilən vaxt – 10:42


Sayta daxil olan istifadəçilərin xarakteristikası:


Sayta daxil olanların yaş aralığı: 18-34


Cins: daha çox kişilər


Facebookdan daxil olan istifadəçilərin göstəricisi – 16.1%


Google.az -dan daxil olan istifadəçilərin göstəricisi – 10.6%



apa.az




Azərbaycanda reytinqi - 14


Dünya üzrə reytinqi – 3357


Klik göstəricisi – 28.30%


Hər istifadəçi üçün gündəlik səhifə baxışı göstəricisi –11.9%


Saytda ortalama gündəlik keçirilən vaxt – 21:58


Sayta daxil olan istifadəçilərin xarakteristikası:


Sayta daxil olanların yaş aralığı: 18-44


Cins: daha çox qadınlar


Facebookdan daxil olan istifadəçilərin göstəricisi – 10.6%


Google.com -dan daxil olan istifadəçilərin göstəricisi – 6%



day.az




Azərbaycanda reytinqi - 15


Dünya üzrə reytinqi – 2894


Klik göstəricisi – 31.8%


Hər istifadəçi üçün gündəlik səhifə baxışı göstəricisi –9.4%


Saytda ortalama gündəlik keçirilən vaxt – 11:29


Sayta daxil olan istifadəçilərin xarakteristikası:


Sayta daxil olanların yaş aralığı: 25-34


Cins: daha çox qadınlar


Facebookdan daxil olan istifadəçilərin göstəricisi – 7.9%


Mail.ru dan daxil olan istifadəçilərin göstəricisi – 20.5%



Musavat.com




Azərbaycanda reytinqi - 19


Dünya üzrə reytinqi – 4640


Klik göstəricisi – 34.4%


Hər istifadəçi üçün gündəlik səhifə baxışı göstəricisi –6.12%


Saytda ortalama gündəlik keçirilən vaxt – 08:07


Sayta daxil olan istifadəçilərin xarakteristikası:


Sayta daxil olanların yaş aralığı: 18-34


Cins: həm kişilər, həm qadınlar


Facebookdan daxil olan istifadəçilərin göstəricisi – 11.4%


Qafqazinfo.az- dan daxil olan istifadəçilərin göstəricisi – 5.9%



Qafqazinfo.az




Azərbaycanda reytinqi - 20


Dünya üzrə reytinqi – 5027


Klik göstəricisi – 34.6%


Hər istifadəçi üçün gündəlik səhifə baxışı göstəricisi –4.04%


Saytda ortalama gündəlik keçirilən vaxt – 06:38


Sayta daxil olan istifadəçilərin xarakteristikası:


Sayta daxil olanların yaş aralığı: 18-54


Cins: daha çox qadınlar


Facebookdan daxil olan istifadəçilərin göstəricisi – 15.1%


Musavat.com-dan daxil olan istifadəçilərin göstəricisi – 10.9%



Lent.az




Azərbaycanda reytinqi - 21


Dünya üzrə reytinqi – 4575


Klik göstəricisi – 30.4%


Hər istifadəçi üçün gündəlik səhifə baxışı göstəricisi –6.3%


Saytda ortalama gündəlik keçirilən vaxt – 13:09


Sayta daxil olan istifadəçilərin xarakteristikası:


Sayta daxil olanların yaş aralığı: 25-34


Cins: daha çox qadınlar


Facebookdan daxil olan istifadəçilərin göstəricisi – 13.1%


Apa.az-dan daxil olan istifadəçilərin göstəricisi – 7.1%



Bu göstəricilərdən gördüyünüz kimi, xəbər saytlarına daxil olan istifadəçilərin bəlli bir hissəsi bu səhifələrə məhz facebook sosial şəbəkəsindən daxil olurlar. Facebookda hər şeyin cəmləşməsi insanların rahatlığını bir növ təmin edir ki, xəbər saytları da bundan məharətlə istifadə edirlər. Zamanın nəbzini tutmaq üçün jurnalistlərin daha operativ olmasını təkid edən internet erası bütün dünyada qəzetin öz aktuallığını itirməsinə səbəb olmuşdur. Digər xarici ölkələrdən fərqli olaraq, bizdə qəzetə maraq heç vaxt yetərincə olmamışdır deyə düşünürəm və bunun nəticəsidir ki, yaxın gələcəkdə, fikrimcə, Azərbaycan mətbuatında qəzet tarixə qovuşacaqdır.




Fərqi yoxdu necə, əsas odur baş verənlərdən xəbərdar olaq!