Cənubi Koreyalılar uzun müddətdir ki, avtodayanacaqda daha az vaxt, yanacaq və əsəb sərf etməyin həll yollarını axtarırlar. Hər il Seulda şəxsi nəqliyyat sayı artdıqca yollarda yaranan tıxacların sayı da artmağa davam edir və beləliklə də yollarda hərəkət gərginləşir, yanacaq bahalaşır və dayanacaq yerləri gündən-günə qlobal bir məsələyə çevrilir. Hər gün Seul sürücüləri dayanacaqlarda avtomobillərini "parking" etmək məqsədilə minimum 500 metr yol sərf etmək məcburiyyətində qalırlar (ay ərzində 15 kilometr, təxminən 1 litr yanacaq). Seulda yanacaq baha olduğundan bir litr yanacağa təxminən 2 dollar düşür və buna görə də bu ölkədə qənaət etmək önəmli və vacib amillərdən biri sayılır.
Executive Creative Director: Thomas hong-tack Kim
Creative Director: Inhyang Moon
Copywriter: Inhyang Moon
Art Directors: Kakyoun Park, Keetae Ryu