Yeməyin hazırlanmasında istifadə etdiyiniz məhsulların 20%-i bütün yeməkdəki yağın 80%-ni verir. Qonşularınızın 20%-i gün ərzində eşidəcəyiniz səs-küyün 80%-ni təşkil edir. Ofisinizdəki işçilərin 20% bütün işin 80%-ni görürlər. Siz bu 80/20 prinsipini hər yerdə görə bilərsiniz. 1897-ci ildə italyan iqtsiadçı Paretonin hesablamalarına görə, ingilis ailələrinin 20%-i bütün büdcənin 80%-nə sahibdirlər. O, bu prinsipə ilk dəfə həyətində təsərrüfatla məşğul olarkən şahidi olmuşdur. Belə ki, bütöv paxlanın 20%-i bütöv məhsullarlığın 80%-ni təşkil edir. Bu qanunauyğunluq bütün şəraitlərdə və proseslərdə keçərlidir.



Pareto Prinsipinə bu cür dəyərləndirmək olar ki, bütün situasiyalarda azlıqlar mövcuddur və çoxluqla nisbətdə bütöv prosesin ən vacib və xeyirli hissəsi hesab olunurlar.



Praktikada:


- Biznesmenlər üçün: Müştərilərin 20% bütöv qazancın 80%-ni gətirir. Məhz bu müştərilər Sizdən xüsusi diqqət tələb edirlər.


- Tələbələr üçün: Dərsliyin 20%-i bütöv dərslikdəki informasiyanın 80%-ni təşkil edir. Bu 20%-ə diqqət edin – və vaxt itirmədən yeni kitaba keçin.


- Hər kəs üçün: Gündəlik işlərimizin heç də hamısı eyni dərəcəli vacib deyildir. Bu günə planlaşdırdığınız 10 işdən, yalnızca ikisi daha vacibdir, nəinki digər səkkizi.



Qarşıda duran əsas məsələ məhz bu 20%-i təyin etmək və ondan başlamaqdır. Əgər Siz bu 20%-ə diqqət etməsəniz, o zaman vaxtınızın 80%-ni boşa sərf edəcəksiniz. Biz bütün işlərimizi tamamilə görə bilmərik, lakin 20%-in öhdəsindən gələrik. Və yerdə qalan 80%-ə görə özünüzü həlak etməyin. Keyfiyyətin əsas göstəricilərindən biri – işlərinizin hamısı ilə eyni anda məşğul olmaqdansa, sadəcə yerinə yetirilməsində pioritet yaradın. İlk zamanlar bu planlamada doğru olmayan pioritetlər ola bilər. Lakin zaman keçdikcə, işlərinizin yerinə yetirilmə ardıcıllığında müəyyən nəaliyyətlər əldə edə biləcəksiniz. Təbii ki, bu boşa zaman itkisindən daha yaxşıdır.



Əsas hədəfi seçmək və ona fokuslanmaq – bax budur məsələ! Başqa sözlə, əsas hədəfi nəzərdən qaçırmayın və əsas nəticəni rəhbər tutun. Çünki, əsas odur ki, bütün gücünüzü doğru hədəfə yönləndirəsiniz!




Bilinməyən mənbədən tərcümə olunub.