Facebook Ink gündəlik olaraq televiziya stilində dəyəri $2,5 mln olan reklam satmağı planlaşdırır. Təklif olunduğu kimi, bu ilin sonundan sayt elan verənlərə 15 saniyəlik reklam çarxları təklif etməyə başlayacaq. Məlumatı yayan agentlik, adının mətbuata açıqlanmamasını xahiş etdi, belə ki, bu planlar tamaşaçı kütləsi üçün nəzərdə tutulmayıb.
Bu addım Facebook-un rəqiblərinin cəhdlərindən sonra atılıb. Onlar televiziya kanallarının daha əvvəl istifadə olunmuş üsullarına yiyələnirlər: ilk öncə son illər ərzində Google korporasiyası YouTube, HuffpostLifem CNN və s. video kanallarında reklamlar yerləşdirməyə başlamışdır.
Facebook istifadəçiləri hər gün sosial şəbəkələrdə və "prime time"-da kifayət qədər vaxt keçirirlər. Məlumatlara əsasən, son kvartal üçün sayta gündəlik 61% giriş olunur və analitiklərin əvvəlcədən bu faizin enməsini proqnozlaşdırmaqlarına baxmayaraq, artım müşahidə olundu. Yalnız ABŞ-da 100 milyon insan "prime time"-da sosial şəbəkədən fəal istifadə edir.
Kaliforniyada Facebook-un mətbuat katibi "Elizabet Diana" planlaşdırılan reklam barədə hər hansı bir məlumat verməkdən imtina etdi.