Google şirkəti dünənki mətbuat konfransında Nexus7 planşetinin Android-də yenilənməsinin buraxılışı haqqında elan verdi. Agentliyin yeniliyinə dəstək olaraq Autofuss ənənəvi olaraq Nexus-un uşaqların həyatında necə böyük rol oynadığı haqqında təsirli reklam çarxı hazırladı.



Çarxın əsas qəhramanı bütün sinif qarşısında çıxış etməkdən dəhşətli dərəcədə qorxan bir şagird oldu. Öz qorxusuna qalib gəlmək üçün bu oğlan utancaqlıqla mübarizə aparmağa kömək edən tematik saytları araşdırır, kral Georqun mübarizəsi haqqında "Kral danışır" filminə kəkələyərək baxır, prezident Franklin D.Ruzveltin "Bizim yeganə qorxacağımız bir şey varsa o da qorxudur" çıxışına dinləyir. Bu hekayələrdən və anasının dəstəyindən ürəklənən oğlan ideal şəkildə çıxış edir və çoxdan bəyəndiyi qızın diqqətini cəlb edir. Artıq o, planşetdə bəyəndiyi qızı görüşə dəvət etmək xahişilə çıxış edir.



Bundan əvvəlki "Nexus 7" reklam kampaniyası da planşetlərin uşaq aləmini öyrənilməsinə həsr olunmuşdur. Keçən ilin avqustunda buraxılan çarxın əsas qəhramanı istirahətdə anası ilə birlikdə Nexus7 plaşetindən oxuduğu nağıldan təsirlənən bir qız olmuşdu.