Özünüzü teleulduz hiss etmək üçün öz məlumatlarınızı Facebook-a təqdim etməlisiniz. FreshNews əlavəsi sizin maraqlarınız, dostlarınız və baş verən hadisələr haqqında məlumatları istifadə edir və bu informasiyaya əsaslanaraq yumoristik reportaj hazırlayır.


BBH London tərəfindən hazırlanmış kampaniya istifadəçiləri güldürməyə və özlərini təravətli hiss etməyə yönəlmişdir.


Həmçinin http://www.mentosfreshfilter.com/about/ saytı yaradılmışdır. Burada fanlara öz şəhərlərində baş verən aktual xəbərlərin "təravətli" olması üçün səs vermək təklifi verilir. Bunun üçün Facebook vasitəsilə bu xəbərlərin sizi ruhlandırdığını bildirmək lazımdır.