Dizaynerlər kofe və yaxud çay içməyi çox sevirlər. Başqa cür bu qədər müxtəlif stəkan dizaynlarını izah etmək mümkün deyil. Son vaxtlar stəkanların dizaynlarından daha çox, onların konseptə uyğun olmalarına fikir verilir. Məsələn, böyük bir şirkət üçün 6 stəkandan ibarət bir dəst hazırlanmışdır. Bu dəst elə hazırlanmışdır ki, onu götürəndə heç bir stəkan düşüb qırılmasın.



Yaxud da kofeni içib qurtarandan sonra son damlanı stəkanın dibində xüsusi hazırlanmış labirintə keçirirlər. Bununla da kofe içmək kefini uzadırlar.



İndi biz sizə dizaynerlərin ən son əl işlərini təqdim edirik.