Ruslan Həsənov mürəkkəb, yağ sabunun sintezindən çox gözəl rəng çalarları almaqla heyrətamiz eksperiment həyata keçirdi . Bu ideya onun ağlına yağla soya sousunu yemək üçün qarışdıranda yarandı. O, fikir verdi ki, məhlulun dibində balaca qara köpüklər əmələ gəlir. Bu zaman dizayner mürəkkəblə sabunu qarışdırmağı qərara aldı və sonra onlara yağ da əlavə etdi. Nəticələr gözlənildiyini də aşdı və heyrətamiz göy, ağ, sarı, purpur rəng çalarları yarandı. Makroçəkilişin vasitəsilə Ruslan məhlulun yaratdığı rəng və formaların koleydoskopunu göstərə bildi.