Pişiklərin darıxmaması və özlərini rahat hiss etmələri üçün evin sahiblərinin yalnız bir qədər fantasiyası olmalıdır. Pişik üçün gözəl və komfortlu guşəni karton qutudan və yaxud dizaynerlərin heyvanlar üçün hazırladıqları müxtəlif əşyalardan da hazırlamaq olar.




Əgər siz pişikləri sevirsinizsə və evinizdəki mebeli, dizaynı, dekor üçün başqa elementləri dəyişmək istiyirsinizsə, bu dəyişikliyin pişiyinizin xoşuna gəlib gəlməyəcəyini düşünün. Axı mebel təkcə sizin rahatlığınız üçün deyil, həm də pişiyinizin komfortuna xidmət etməlidir.