Guardian məlumat verdi ki, Yaponiyada reklam sahəsində növbəti, çox marqlı və qeyri-adi layihə həyata keçirildi. Bu layihənin şertlərinə görə həddi-buluğa çatmış gənc qızlar gün ərzində ekstremal dərəcədə qısa ətəklərdə şəhərdə gəzərək özlərinə diqqət cəlb etməlidirlər. Kampaniyanın əsas məqsədi gözəl qadın ayaqlarında reklam bannerı yerləşdirməklə diqqətin cəlb olunmasıdır. Qızlar həmçinin öz şəkillərini sosial şəbəkələrə yerləşdirməklə həyata keçirilən işi nümayiş etdirirdilər. Tokioda demək olar ki, bu kampaniyanın şahidi olmayan bir kişi də qalmadı.



Bədəndə nömayiş etdirilən ilk belə reklam 2003- cü ildə İllinoys ştatının sakini Cimmi Nelson tərəfindən satılmışdı. O, 7 min dollara 5 il ərzində boynunun arxasında CI HOST şirkətinin loqotipını daşımalı idi. Amma reklamın müddəti bitməzdən əvvəl şirkət bağlanmışdı.