Hər şey 4 yaşlı oğlu üçün oyuncaq axtarışından başladı. Vendi oğluna bütün ömrü boyu yadında qalacaq bir oyuncaq bağışlamaq istəyirdi. Bu elə bir oyuncaq olmalı idi ki, oğlu onu gələcəkdə öz uşaqları üçün də qoruyub saxlaya bilsin. Mağazaları axtarmaq əvəzinə Vendi oğlunun çəkdiyi rəsmləri araşdırmaq qərarına gəldi və bununla da hər şey başladı.



Vendi bir oyuncaq hazırlamaqla kifayətlənmədi və 2007-ci ildə "Childs Own Studio" şirkətini yaratdı. Bu şirkət uşaqların çəkdiyi rəsmlər əsasında oyuncaqlar hazırlamağa başladı. O vaxtdan Vendi balacaların xəyal gücünə və yaradıcı bacarıqlarına heyrandır.



Valideynlər ona poçt vasitəsilə rəsmləri göndərirlər. Hal-hazırda Vendinın sifarişləri o qədər artıb ki, o, artıq valideynləri özünün ABŞ-da, Braziliyada, Avropada olan davamçılarına yönəldir.