Ailə və uşaqlar həmişə İKEA- nın diqqət mərkəzində olmuşdur. Şirkət məhz onların ehtiyaclarını nəzərə alaraq uşaqların dondurma yeyə-yeyə, eyni zamanda divanda tullanaraq əylənməsi üçün bir yol fikirləşib. Bu il də şirkət üçün uşaqlar vacib sima olaraq qalır. Rusiyada demək olar ki, valideynlərin çoxu evin mebel seçimində uşaqların fikirlərini nəzərə almır. Uşaqların 60%- i onlar üçün darıxdırıcı olan mebelli evlərdə yaşayırlar. Təəccüblü deyil ki, uşaqların əksəriyyəti başqa cür mebel arzulayırlar. "Nə istəyirsiniz yaradın" kampaniyasında İKEA böyüklərə ideal uşaq otağının necə olduğunu göstərəcək. Bu reklam çarxını İKEA "İnstinkt" kreativ agentliyi ilə birgə hazırlayıb. Çarxın sujeti uşaqların yaradıcılığı, onların adi şeylərə qeyri- adi baxış tərzi haqqındadır. "Bu film bizim hamımızın daha çox şeyə qadir olması haqqındadır" deyə reklamın kiçik ulduzu bildirdi.
"Uşaqlar bizim gələcəyimizdir və biz onlar üçün ən yaxşısını arzulayırıq, amma ,çox teessüf ki, seçim hər zaman böyüklərin olur" deyə şirkət rəhbərliyi bildirdi. Rusiyada İKEA- nın marketinq şöbəsinin müdiri Nikolas Conson qeyd edir ki, yeni kataloq əsasən uşaqlar öz yaradıcılıqlarını inkişaf etdirərək valideynləri ilə birgə evdə yeni abu- hava yaradacaqlar. Yeni kataloqun 23-25 avqust tarixində Moskvada Muzeon incəsənət parkında təqdimatı gözlənilir. 3 gün ərzində park yaradıcılıq studiasına çevriləcək. Tanınmış yazıçı Qriqoriy Osterın və müğənni Qlük Ozanın iştirakı ilə İKEA- nın peşəkar psixoloqları və dizaynerləri uşaqlar üçün evdə təhlükəsiz atmosfer yaradılması haqda fikirlərini bölüşəcəklər. Daha sonra Qlük Ozanın möhtəşəm konserti gözlənilir. Bütün ziyarətçilər İKEA 2014-ün yeni kataloqunun üz qabığına şəkil çəkdirə biləcəklər. "Üz qabığının simasına çevril" aksiyası 22 avqustdan 6 oktyabra qədər Rusiyanın MEGA ticarət mərkəzlərində keçiriləcək. Yeni kommunikativ kampaniyanın əsas hissəsi 13 avqustdan istifadəyə verilmiş digital- platforma www.dom.ikea.ru/deti olacaq.