Coca-Cola İsraildə bazara təqdim etdiyi yeni kiçildilmiş şüşələrinin təqdimatı üçün hazırladığı kampaniyada istehlakçıların 3D printer ilə miniatürlərini yaradır. Kampaniyada şanslı istehlakçılar arasına qatılmaq istəyənlər Coca-Cola tətbiqini yükləyərək öz "Mini-Me"-lərini yaratma imkanı əldə edirlər. Tətbiqin fərqli geyim və arxa plan kolleksiyası ilə ən əyləncəli "Mini-Me"-lərini meydana gətirən iştirakçılar Coca-Cola fabrikinə dəvət olunur və burada onların studiyada 3D skaner ilə 3D printer miniatürləri hazırlanır.