Günümüzün sürətli həyatında bir çoxumuz “boş” dayanmanın qiymətini unuduruq. Bu problemin fərqinə varan “Amstel” və yaradıcı “NEXT-DC” agentliyi möhtəşəm bir kampaniyaya start verdi. 3 dəqiqəlik “boş” dayanmağı mükafatlandırmanın ən yaxşı yolunu tapan Amstel və NEXT-DC agentliyi Bolqariyada qurduqları bir stend ilə maraqlananların yalnız 3 dəqiqə stend qarşısında dayanmalarını təmin edərək onlara bir ədəd Amstel hədiyyə etdilər.
Təbii ki, kampaniyanı əsas hədəfi oradan keçən hər kəsin diqqətini çəkmək idi. Bu ilk qarşılıqlı təsir reallaşdıqdan sonra zatən işin digər mərhələləri ardıcıl olaraq davam edirdi. Stend qarşısında 3 dəqiqə gözləyən şəxslər bir qutu Amsteli əldə etdikdə keçən 3 dəqiqənin əslində “boş bir zaman” olmadığını fərqinə varmış oldular. Bəzən həyata veriləcək fasilələrin əslində bizi istirahət etdirəcəyi və beynimizi inkişaf etdirəcəyi də elm adamları tərəfindən müəyyənləşmiş gerçəklərdən biridir. Amstel məhz bu səbəbdən bir sosial məsuliyyət düşüncəsiylə bu gerçəyə diqqət çəkməyə nail oldu.
Advertising Agency: NEXT-DC, Sofia, Bulgaria
Creative Directors: Maria Todorova, Momchil Zakhariev
Copywriter: Momchil Zakhariev
Art Director: Evgenia Nikolova
Head of Digital: George Yanakiev