The Local məlumat verir ki, məşhur Nutella şokolad yağlarının marixuana tərkibli rəqibi Nugtella meydana çıxıb.


İstehsalçısı İtaliyanın Ferrero şirkəti olan "Nutella" dan fərqli olaraq "Nugtella" nın istehsalçısı Kaliforniyanın Organicares şirkətidir.


Amerikada bəzi ştatlarda marixuanadan müalicəvi məqsədlə istifadə etməyə icazə verilir. Məhz bu istehsalçılarda marixuana yağından istifadə etməklə yeni məhsul hazırlamaq ideyasını yaratdı. Qeyd edək ki, "Nutella" nın qablaşdırması da Ferrero şokolad yağı ilə çox oxşardır: hər ikisi ağ qapaqlı şüşə qablaşdırmada, qırmızı- qara rəngli hərflərlə yazılmış ad, üzərində isə şokolad yağı çəkilmiş butterbrod əks olunmuşdur.


Organicares şirkəti İnstagramdakı profilində Nugtella "çempionlar üçün gözəl bir səhər yeməyidir" kimi təqdim olunmuşdur. Bu isə "səhər yeməyinin balanslaşdırılmış bir hissəsi" kimi təqdim olunan Nutella ilə çox oxşardır.