ABŞ-ın klinik tədqiqatlarının müəllifi və terapevtı Kristina Stivens avtomobil qəzası nəticəsində sol ayağını itirib. O, müalicə keçdiyi müddətdə Lego konstruktorları ilə maraqlanmağa başladı.



"Mən xəstəxanada olduğum müddətdə kubiklardan özümə protez ayaq düzəltmək haqqında fikirləşməyə başladı. Çoxları şikəst insanlardan çəkinir. Amma mənim protezim şən və rəngarəng olmalıdır ki, ətrafdakı insanlarda sevinc hissi yaratsın. Hər halda o mənə qarşı təəssüf hissi yaratmayacaq"- Kristina bildirdi.



Nəhayət ki, Kristina arzuladığını reallaşdırmaq qərarına gəlir və bu prosesi kameraya çəkir. 5 dəqiqəlik video çarx çoxlu sayda izləmə və rəylər toplayır.


Öz hekayəsinin çoxları tərəfindən maraqla qarşılandığını görən Kristina şikəst insanlara həsr olunmuş yeni internet resurs açmaq qərarına gəlir.



"Biz öz problemlərimizin içində qapanmalı deyilik, əksinə onları asanlıqla həll etməyə bacarmalıyıq. Mən istəyirəm ki, insanlar hətta amputasiyalı vəziyyətdə belə özlərini komfortlu hiss etsinlər". -Kristina qeyd edir.