Təqdim olunan reklam çarxlarında OBI- nı təmirin bütün mərhələlərində istifadə etməyin sadə, keyfiyyətli və əyləncəli olduğu nümayiş etdirilir. Süjetda insan həyatının ayrı-ayrı dövrləri-dünyaya gəlişi, böyüməsi və ilk dəfə valideyn evini tərk etməsi göstərilir.



Məsələn, gənc bir ailə başa düşür ki, hamam otağindakı duş kabinəsi artıq köhnəlib və əvvəlki funksiyalarını yerinə yetirə bilmir. Körpəni daha böyük hamamda çimizdirmək lazımdır. Digər bir çarxda uşaq böyüdükcə divarların rənginin solğunlaşması, köhnəlməsi göstərilir. Amma OBI ilə illər keçdikcə sizin divarlarınız dəyişilməz olaraq qalacaq. 3-cü çarxda valideynlər evdən köçüb getmiş qızlarının boş otağını yeniləmək fikrinə düşüblər.



Maraqlı faktlar:köçüb gedən qızın valideynləri haqda olan reklam çarxındakı musiqi "Qafqaz əsiri" kinofilmindəndi, digər çarxlardakı musiqilərin müəllifi Aleksey Maltsevdır.