Beyoncé ilə razılaşan Pepsi şirkəti, yalnız sənətçinin üzünü istifadə edərək xüsusi bir qablaşdırma dizaynı hazırladı. Londonun metal, plastik və şüşədən içəcək qablaşdırması və qida qabları istehsalçısı Rexam ilə əməkdaşlıq edən "PepsiCo İtaliya", Beyoncé ilə yeni qablaşdırmalarını bazara təqdim etdi.
PepsiCo İtaliyanın CSD satış üzrə baş direktoru "Barbara Saba"; "Məhsullarımıza texniki bir perspektiv qazandırmaq ilə və satışa çıxarma mesajımıza dəyər təmin etmək məqsədiylə yaradıcı həlləri inkişaf etdirmək üçün Rexam ilə əməkdaşlığa başladıq" - xüsusi dizayn qablaşdırmasının marka vizionlarını istehlakçıya çatdırmaqda müvəffəqiyyət əldə etdiyini ifadə etdi. Məhdud sayda buraxılan qablaşdırmalar dekabr ayınadək satışa çıxarılacaq.