Məşhur aktyor Robert Pattenson "Dior Home" ətrinin yeni siması oldu. Video çarx efirdə yayımlandıqdan öncə 1 həftə ərzində anons edilib və bir çox ölkələrdə səbirsizliklə gözlənilib. "Dior"un əsas siması olan Robert Pattinson həyatın xoşbəxt anlarını hiss edərək eleqant, yüngül və müasir kişi obrazı yarada bilmişdir. Reklam çarxı üzərində amerikanlı fotoqraf Nen Qoldin və fransız rejissor Romen Qavras işləmişlər.



Video çarx (BB istisna olmaqla) bütün Avropada və (Çin, Yaponiya istisna olmaqla) bütün Asiyada yayımlanacaq. Həmçinin artıq Rusiyanın federal və kabel kanallarında da yayımlanır.


Pattinsondan əvvəl "Dior"un müxtəlif məhsullarını "Natali Portman, Alen Delon, Cud Lou, Şarliz Teron" və digər ulduzlar reklam etmişlər.