Nike markası "Free Flyknit" adlı son ayaqqabısının təqdimatı üçün Şangayda nəhəng bir layihəyə imza atdı. Wieden + Kennedy Shanghai adlı layihə çərçivəsində, Şangayın ən tanınmış məkanlarından birində nəhəng billboard üzərində canlı olaraq bir ayaqqabı "hörüldü".
3 işçinin yer aldığı billboard üzərində hörgü layihəsində, bir ayaq şəkilinin üzərinə yaşıl sapların və xəttlərin əlavə olunmasıyla yeni Free Flyknit ayaqqabısı hazırlandı. Ayaqqabının "corab rahatlığında" olması məqsədilə təqdim olunan billboard, "Nanjing East Road"-da hər kəsin marağına səbəb oldu.