Həkimləri ziyarət emək həm böyüklər, həm də uşaqlar üçün stressdir. Xəstəxanaya daxil olanda insan özünü narahat hiss edir. Ağ xalatlar, rənglənmiş divarlar, kabinetlərin qarşısındakı növbələr insanı həyacanlandırır.



Nyu-Yorkun Morgan Stanley uşaq hospitalında adi kompyuter tomoqrafiyası otağını əsl "dəniz qulduru" gəmisinə çevirərək kabinet haqqındakı təsəvvürləri dəyişmək qərarına gəldilər.



Sözsüz ki, kompyuter tomoqrafiyasımühüm diaqnozlarla bağlı olan, xoşagəlməz bir prosesdir. Uşaqların narahatçılığını aradan qaldırmaq üçün adi şüalanmanın əvəzinə onlara "nağıllara bənzər" bir səyahət təklif olunur. Uşaqlar bu ideyanı sevinclə qarşıladılar və indi onların bir çoxu xəstəxana ziyarətinə sadəcə oyun kimi baxır. Həkimlər əmindirlər ki, yeni dizayn uşaqların narahatçılığını aradan qaldırmağa kömək edəcək.