"Gucci" nin təqdim etdiyi reklam çarxında gənc qız paparasiyalardan gizlənmək üçün obrazlarını dəyişir və bu işdə o, çantalardan da istifadə edir. Video çarxda maraqlı olan qəhrəmanın otelin liftində paltarını dəyişməsidir. Çəkilişlər brendin yaradıcısı Quççio Quççinin 1900-cü illərin əvvəllərində işlədiyi Londonun "Savoy Hotel" ində aparılmışdır.
Çarxın yaradıcıları bildirdilər ki, bu reklam davamlı olacaq.