Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin DoğmaCİN tarif planı bölgələrdə yaşayan abunəçilərin ən sərfəli mobil rabitə xidmətlərindən istifadə etməsinə imkan yaradır.
Bu kampaniyanı abunəçilərə təqdim etmək üçün DoğmaCin tarif paketinin siması, tanınmış aparıcı və aktrisa Dilarə Əliyevanın iştirakı ilə Mingəçevirdə konsert proqramları təşkil olunub və yeni reklam çarxları çəkilib.
Qeyd edək ki, yeni kampaniya çərçivəsində DoğmaCİN abunəçiləri öz aralarında 1 saatlıq danışıq üçün cəmi 2 qəpik ödəyirlər. Bunun üçün abunəçi “sevimli nömrə”sini seçərək aktivləşdirə (*109#1#10 rəqəmli nömrə#yesyığmaqla) və saatı 2 qəpiyə danışa bilər. “Sevimli nömrə”nin ilk dəfə aktivləşdirilməsi PULSUZDUR, ikinci dəfədən başlayaraq 0.5 AZN təşkil edir.
Kampaniya ilkin olaraq Xaçmaz, Mingəçevir və Zaqatalada yaşayan Bakcell abunəçilərinin istifadəsinə verilib, sentyabr ayının 1-dən etibarən isə bütün bölgələrin əhalisi “DoğmaCİN”in sərfəli tarifindən yararlana bilər.
“DoğmaCİN”in yeni sərfəli tarifi haqqında ətraflı məlumatı bu linkə daxil omaqla əldə etmək olar: http://www.bakcell.com/az/dogmacin#lovelynumber.