Hər il sentyabrın 28-i dünyada saqqız günü kimi qeyd olunur. Hal-hazırda saqqız şiriniyyatdan çox ağız problemləri ilə mübarizə vasitəsi kimi reklam olunur. Söhbət saqqız reklamından gedəndə kreativçilərin yaradıcı təxəyyülləri sərhədsizdir. Bu reklam dünyanı daha parlaq edir, canlandırır, xilas edir, təravətləndirir, bəzən də çətin vəziyyətlərə salır, hətta dişlərdən və saçlardan da məhrum olmaq olar.