Samsung-un yeni ağıllı telefonu Galaxy Note 3 və ağıllı saatı Galaxy Gear-ın ilk reklam çarxı markanın digər təqdimat çarxlarından bir az fərqlidir. Bu günə qədər təqdimat işlərində çox nadir hallarda məşhurların istifadəsinə yönələn marka, yeni reklam çarxında bu səfər anonim bir simanı seçdi. Qeyri-adi bir ağıllı telefon reklamı kimi başlayan reklam çarxı, saniyələr sonra izləyicilərin marağına səbəb olur. Ağıllı telefonu və saatıyla qeydlər alan bir qızın göstərişi ilə başlayan çarx, bir kukla nümayişiylə sona çatır. Kuklaçılıq ilə 80-cı illərin musiqisini birləşdirən yeni reklam çarxında Eurythmics-in kült mahnısı və Sweet Dreams remix-indən istifadə olunub.