Müasir əmək bazarında insanların bir çoxu, əsasəndə gənclər böyük şirkətlərdə işləməyə can atır. Doğrudur, böyük şirkətlərdə işləmək yüksək əmək haqqı, yüksək sosial təminat, peşəkar treninqlər və bəzən də mükəmmələ yaxın iş abu havası deməkdir.
Amma ... Amması var. Bu gün sizinlə 8 illik iş həyatı təcrübəmdə və bundan da çox təcrübəsi olan dostlarımın iş həyatları haqqında danışılıanlardan çıxardığım nəticələr haqqında danışmaq istəyirəm. Böyük şirkətlərdə işləməyin hər kəs tərəfindən bilinən üstünlükləri var. Gəlin birlikdə mənfi cəhətlərinə baxaq.
1. Zəif karyera inkişaf sürəti.
Arzusunda olduğun karyera pilləsinə yüksəlməniz ya çox vaxt alacaq yaxud heç vaxt olmayacaq (CEO, Direktor, Şöbə Müdiri və s. kimi ). Böyük şirkətlərdə vəzifə pillələrini nadir hallarda sürətlə keçmək olur. Bundan başqa böyük şirkətlərdə yüksək vəzifələr üçün nadir hallarda seçim turu, vakansiya elanı və s. olur. Onlar bir başa sahənin mütəxəssislərinə müqavilələr təklif edir və ya Direktorun tanıdığı iş adamları arasından seçilir.
2. Həddindən artıq vaxt itkiləri.
Gəlin toplantı edək. Böyük şirkətlərdə bəzən sizin tabe olduğunuz şəxslər sizi toplayaraq iş haqqında saatlarla lazımsız toplantılar aparacaq. O, özü üçün həm stress atacaq, həmdə özünü sizə qəbul etdirmək və xatırlatmaq üçün tez tez bu yola əl atacaqlar.
3. İnsiativiniz daima ikinci plandadır.
Böyük şirkətlərdə tək başına və aşağı vəzifələrdə yeniliklər etmək çox çətin olur. Öz ağlın yerinə şirkətin köhnə qaydalarından istifadə edərək iş gör. Yada sən söhbətini elə müdir artıq qərar verib.
4. Həddindən artıq komanda ruhu.
Bəzən komanda ruhlu insanları idarə etmək asan olduğu üçün sizdən bu həddindən artıq tələb olunacaq. İstənilən tək atılan addımda sizdən bu tələb oluna bilər. Bəzən isə bu çox cansıxıcıdır.
5. Ölən emosiyalar.
Böyük şirkətlərdəki monotonluq, stress və gərginliklər emosiyaların zəifləməsinə səbəb olur. Hətta iş o yerə gəlir ki, bəzən sizlə danışan insanlara baxsanızda onları eşitmirsiniz. Robotlaşdırılmış ofis işçisi kimi olacaqsınız .
6. Həyatı iki gün yaşayacaqsınız. (və ya yalnız həftəsonu bir gün)
Böyük şirkətlərin çoxu şənbə bazar günləri işləmir. Bəzi hallarda isə bazar günü. Siz artıq yalnız istirahət günlərində özünüzə vaxt ayıra biləcəksiniz. Bütün ailə, dostlar və şəxsi işlər istirahət gününə və ya günlərinə yerləşdirilməlidir. Beləliklə “0” sosial həyat və ya ancaq “facebook” və s.
7. Çox iş, az qazanc.
Kiçik şirkərlərdə normal ortalama gəlirin 5-20 % miqdarında işçi maaşı olaraq hesablanır. Böyük şirkətlərdə əlbəttə ki bu belə deyil. Belə olsa belə bu sizə aid deyil .
8. Başqalarını alqışlamağa çox vaxt ayıracaqsınız.
Böyük şirkətlərin uğurunda payı olan iş yoldaşlarınızı tez tez sizə alqışladacaqlar. Məsələn siz hansısa departamentin kiçik mütəxəssisi isəniz tez tez ya öz departament müdirini və ya başqa departamenti ümumi olaraq alqışlamaq məcburiyyətində qalacaqsınız. Amma özünüzü güzgünün önündə darağı mikrofon əvəzi istifadə edib çıxış etdikdən sonra alqışlamağı unutmayın.
9. Məcburi tədbirlər.
Bəzən istəmədiyiniz tədbirlərdə çox vaxt və enerji itirəcəksiniz. Bunların başında şirkətin korporativ tədbirləri gəlir. Müdirlərinizin başqa müdirləri tərifləməyinə və özləri haqqında öyünmələrinə tamaşa etmək sizi az yormayacaq. Bundan başqa bunların yanında əlaqəsiz mövzularda treninqlər, seminarlar, konfranslar və sərgiləri düşünün. Diqqəli olun, bu tədbirlərdə süni gülümsəməkdən üz əzələləriniz dartılmış qala bilər.
10. Paslanmış yaradıcılıq qabiliyyəti.
Yaradıcılıq qabiliyyətinizi gec gec istifadə edəcəyiniz üçün onun üstünü “pas” örtəcək. Bəlkədə başlada biləcəyiniz startapla milyonçu olmasanız belə, “minçi” olardınız.
11. Günü gündən artan kredit borcları.
Böyük şirkətlərin işçilərinə banklarda yaradılmış rahat kredit alma fürsətləri, avtomobil salonlarının onlara yönəlmiş kampaniyaları, maaşın rəqəminin azacıq yüksək olması və bəzən kreditlə mənzil ala bilmə ehtimalınız və daha bir neçə üstünlüklər bir müddət sonra sizi yalnız kredit ödəmək üçün yaşayan fərdə çevirəcək. Bir sözlə bankların çörək ağacı ola bilərsiniz.
12. Həddindən çox stress və yorğunluq.
Bəzən siz gün ərzində toplantıda danışdıqlarınızı axşam yuxuda təkrar təkrar danışacaqsınız. İşin stressindən və yorğunluğundan rahat TV izləmək və ya ailə üzvlərinizlə söhbətləşməyə əsas maneələrdəndir.
13. Yuxarılarla “0” ünsiyyət.
Böyük şirkətlərin ən böyük problemlərindən biri və bəlkədə birincisi. Siz öz rəhbərlərinizlə demək olar ki ünsiyyət qura bilməyəcəksiniz. Bunun üçün bir neçə mərhələdə müraciət etmək və ya onun gərgin iş planı içərisində sizə ayrılmış 5 dəqiqəlik müddətdə bütün problemlərinizi anlatmağınız lazım gələcək. Bundan başqa yuxarılarla ünsiyyət olmadığı üçün sizin sözləriniz aradakı “vasitəçi”lər tərəfindən yalnış və ya tam olmayan formada çatdırılacaq. Bir sözlə “NASA”nın aydan yerlə siqnallaşmasına bənzəyən bir ünsiyyət növü ola bilər.
İnanıram ki, yazdıqlarım kimsə tərəfindən yalnış anlaşılmayacaq. Doğru peşə seçmiş şəxslər şirkətlərdə lazımi departmanlarda işləyənlər adətən sadaladığım problemlərlə qarşılaşmır. Bundan başqa daha əvvələrdə qeyd edildiyi kimi, “əgər siz öz sevdiyiniz peşə ilə məşğulsunuzsa o zaman işləmiş sayılmırsınız. Bu problemlərin də sizə aidiyyatı yoxdur. Kiçik şirkətlərin böyüməsi arzusu ilə ...