#biznes. #Dəyişiklik. Artıq çoxdandır ki, biz yalnız dəyişikliklərin daimi olduğunu bilirik. Bu bütün biznes sahələrinə təsir etməkdədir. Sığorta bazarından da, yan keçməyib.



Sığorta bazarı inkişaf etdikcə, dəyişdikcə onun iştirakçıları da, bu inkişafdan yararlanmaq üçün dəyişməli olur. Onların sığorta vasitəçilərinə yanaşmaları da dəyişir. Bunun da məntiqi davamı həmin vasitəçilərin də dəyişməyidir.



Həmən vasitəçilərdən biri də, sığorta agentləridir. Özüm də, sığorta agenti olduğumdan bu yazıda sığorta agentlərinə şəxsi təcrübədən bir məsləhət verəcəm. Bu şəxsi strateji plan haqqındadır. Şəxsi strateji plan qarşıya qoyulmuş məqsədə çatmaq üçün ən vacib şərtdir. Bu metodun sayəsində siz istənilən yerə çata biləcəksiniz. Şəxsi strateji plan həyatın istənilən sahələrinə təsir edir. Satış insanı üçün, xüsusən isə sığorta agenti üçün isə bu daha artıqdır. Sığorta agenti bilməlidir ki, fəaliyyətini tam sərbəst özü həyata keçirir.



Özü özünün rəhbərisir. Nəsə baş verdik də, belə cavabdehlik onun üzərindədir. Çətinliklər və ya problemlərlə bağlı bütün qərarları özü verməlidir. Kənardan dəstək gözləməməlidir. Hər bir şansı dəyərləndiirib yararlanmalıdır. Çünki şansı dəyərləndirməsən bunu sənsiz edib yararlananlar olacaq. Düzdür heç də, bütün vaxtı planlamağa sərf etmək olmaz, amma şəxsi strateji plan olduqda daha məhsuldar fəaliyyət və daha çox gəlir olur. Həmin planın qısa xülasəsini verməklə sığorta agentlərinə faydalı olmağa çalışacam:



Sığorta agentinin şəxsi strateji planı bu tip ola bilər. Ən birinci məqsədlər müəyyən edilməlidir.



#Aylıq satışın minimum ****** manata çatdırmaq


#Aylıq satışı hər ay minimum **% artırmaq gəlirləri hər ay minimum **%



Bu məqsədlərə çatmaq üçün tədbirlər. Sığorta partnyorları proqramı:



1. Lokal (ərazidəki bütün obyektlər)


2. Ümumi (vasitəçilik edə biləcək hər kəs). Müştərilərin qruplaşdırılması (seqmentasiya)


1. Cənab vətəndaşlar (gəlirləri daha çox olan insanlar, hansılar ki, korporativ satışa imkanlar açacaq)


2. Az gəlirli ailələr (yalnız öz avtomobilinin icbari sığortasını edəcək insanlar). Məqsədlərə çatmaq üçün müştərilər bu cür hədəflənəcək:



Ərazi üzrə


1. Qiymət strategiyası ilə


2. Mənsub olduğu sahə üzrə



Planın effektivliyini müəyyən etmək üçün bu göstəricilər tapılır:



@Xərclərin satışa faz nisbəti


@Xərclərin gəlirə faiz nisbəti


@Məmnun müştərilərin ümumi bazaya olan faiz nisbəti



Bu yazılan şəxsi planın strukturu idi. Hər şey bəlkə də, tam izah olunmayıb. Amma hədəfinə yönəlib. Sığorta agentinə. İnanıram ki, bunu oxuyan sığorta agentində bu yazılanlara əlavələr olacaq. Tətbiq ediləcək və faydalar ortaya çıxacaq. Bu mənim tətbiq etdiyim nümunə idi. Narazı müştərim yoxdur. Hələ ki... Bu plan başqa cür də ola bilər əsas odur ki, təkcə sığorta agentinə deyil bütün cəmiyyətə faydalı olsun. Yəni həm şirkət, həm də, sığortalılar faydalansın.