Maraqlı gələ bilər və ya əksinə. Şəxsi fikirlərimdir. Təcrübəmə əsaslanır. Məncə belədir.
Adsız yazı...
Mən Qubadov Ceyhun. Bu yazıda insanlara sığortanın kiçik bir faydasını açacam. Oxuyan hər kəsə. Artıq uzun müddətdir ki, sığorta sahəsində çalışıram. Sığorta barədə müxtəlif yazılarım da, gedib. Online resurslarda. Bu barədə çox danışmışam.
Ola bilər. Amma hər zaman fikirləşmişəm ki, niyə böyük əksəriyyət sığortaya inanmır. Düşünə bilərsiz ki, hardan bilirəm ki, böyük əksəriyyət inanmır... Sən hamıyala danışmısan ki? Yox danışmamışam. Ehtiyac yoxdur. İnsanların inanmamağın bilmək üçün rəqəmlərə fikir vermək kifayətdir. Bir də, gündəlik iş prosesimdə rastlaşdıqlarım. Rastlaşdıqlarımı qoyuram kənara. Çünki bu subyektiv ola bilər. Amma rəqəmlər onu deməyə əsas verir ki, bazarın heç də hamısı bu məhsulda maraqlı deyil. Sığortalana biləcəklərin böyük hissəsi sığortalanmayıb. Bu yazının məqsədi analiz deyil odur ki, rəqəm filan yazmayacam. İNŞAALLAH bir başqa vaxt. Hələlik fikirləşək ki,...
Niyə insanlar sığortaya inanmır???
Sığortanın qanunvericilikdə və elmdə müəyyən bir tərifi var. Çox uzundur. Fikirləşirsən ki googl-da yazım sığorta nədir. Yazırsan və birinci rastına çıxanı oxuyursan. Yazılıb: Sığorta (ing. Insurance) – şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Ola bilər hərədə bir söz yadda qalsın. Amma məncə..
Oxuyanda ən çox bu söz yadda qalır:Münasibətlər sistemi. Üstəgəl sistem sözünü başa düşmək sıradan bir insana çətin gəlir. Fikirləşirsən ki, sistem nədir. Axtarış verirsən “google.com”da. Axırda gəlib çıxır ki, sistem bir-birinə bağlı çoxsaylı obyektlərin müstəqil birliyidir. Gəl indi bu qeyd olunanların içindən başa düş ki, sığorta nədir.... Heç bir şey anlamırsan. İnsanın təbiətində də o var ki, bilmədiyi şeydən qorxur. Deməli həmin şeyə inanmır. Necə inansın axı bilmir. Bilmədiyindən də, qorxur.
Sığorta gələcəkdə işləyəcək... əgər...
Gələcək dedikdə ağla nəsə qəribə şelər gələ bilər. Nəbilim uçan maşın və sair və ilaxır. Yoo. Gələcək kinodakı gələcək deyil. Bir başqa cür gələcəkdir. Sığorta insanların rahatlığı üçün icad olunub. Hər zaman hər şey ola bilər. Heç kəs deyə bilməz ki, sabah nə olacaq. Ya 1 saat sonra nə olacaq. Heç bu yazını yazanda bilmirəm ki, bitirəcəm ya yox. Yazı yazmaq mənəvi məsələdir mənim üçün. Amma elə şeylər var ki, maddidir. Özümdən misal. Məsələn bu yazını yazdığım notbuk. Bu artıq maddidir. Mən bilmirəm ki, indi içdiyim su təsadüfən dağılıb notbuku xarab edə bilər.
Buna heç kəs zəmanət vermir. Belə bir ehtimal var ki, notbuka su dağılsın. Əgər olsa nolacaq? Heç nə.. mənə zərər dəyəcək. Pul xərcləməli olacam. İtirəcəm. Amma baş verə biləcək itkimin qarşısın ala bilərəm. Necə? Sığorta ilə. Sığorta ona görə var ki, gələcəkdə baş verəcək maddi itkilər qarşılansın. Sığorta rahatlıqdır. Sığortanın tərifi filanı sizə lazım deyil. Sığortanın yaxşı olduğunu bilmək lazımdır. Sığortanın faydasını bilmək lazımdır. Sığorta faydalıdır. Sığorta gələcəkdə ola biləcək itkiləri (maddi itkiləri) qarşılamaq üçündür. Sığortalamaq tədbir görməkdir.
Tədbir görməkdir ki, çox pul itirməyəsən. Hər an hər şey ola bilər. Bu necə işləyir. Çox sadə. Əvvəlcə sən pul verirsən. Gələcəkdə nəsə olanda sənə pul verirlər. Nə qədər? sənə dəyən zərər qədər. Düşünürsən ki, niyə yazmadım əvvəlcə mən verən pul nə qədərdir, hə? Sənə dəyən zərər ödəniləcəksə fərqi var nə qədər pul vermisən? Zərərin qarşılanacaqsa verdiyin pulun dərdini çəkməyə dəyərmi əlbəttə yox. Üstəgəl əvvəldə verdiyin pul itkinlə müqayisədə cüzidir. İndi sığortaya bir izah. Sığorta indidən cüzi ödənişdir ki, gələcəkdəki böyük xərci qarşılasın.
Qayıdaq yazının adına...gələcəkdə işləmək məsələsinə. Bəli sığorta gələcəkdə işləyəcək. Əgər zərər dəysə. Əgər həmən pis hal baş versə. Baş verməsə isə heç nə. Nə yaxşı ki, baş vermədi. Təki belə olsun. Yazının əvvəlində dediyim kimi sığortanın kiçik bir faydasını izah edəcəm Bu kiçik fayda odur ki, siz indi cüzi məbləğ ödəyirsiz ki, gələcəkdə baş verəcək böyük itkinin qarşısı alınsın. Çox almaq üçün az ödəyirsən. Bu da faydası. Amma deyəsən kiçik olmadı...