Karate, Jui Jitsu, Judo kimi fərdi döyüş növlərində bəzi fənlər vardır ki, bunların tətbiqi rəqibə tramvatik olduğu üçün qadağan edilmişdir. DİQQƏT EDİN VAR, AMMA TƏTBİQİ XOŞ DEYİL.



Makiavellizimin “son nəticəyə çatmaq üçün hər yol məqbuldur” fəlsəfəsi üzərində qurulan siyasi dünya görüşü, modern sosioloqlar və politoloqlar tərəfindən qınanılmaqdadır.



Sosial cəmiyyətin inkişaf etdiyi normal dövlətlərdə bu proses daha sofistik hala gətirilmişdir və Makiavellinin “hər yolu” qınanmaqdadır. Son hədəfə çatmaq üçün ümum bəşəri dəyərlər, insan haqları, azadlıqlar, mülkiyyət haqları və buna bənzər hüquqları əzməmək şərti əlavə edilmişdir. Məsələn, Almaniyada bütün siyasi partiyaların son niyyəti hakimiyyətə gəlmək, hakimiyyətdə qalmaqdır. Əllərində imkan olmuş olsa belə hər hansısa Alman partiyası bu nəticəyə çatmaq üçün seçkini saxtalaşdırmağa cəhd etmir.



Bütün özəl şirkətlərin əsas hədəfi daha çox pul qazanmaqdır. Amma, inanmıram ki, İsveçdə hansısa inşaat şirkəti daha çoxpul qazanmaq üçün hansısa işçinin təhlükəsizlik xərclərini dayandırsın. Sosial cəmiyyətin inkişaf etdiyi ölkələrdə iqtisadi və siyasi proseslərdə sevilməyən, mümkün dərəcədə imtina edilən kommunikasiya modellərindən biri də propaqandadır, Propaqanda tək tərəfli kommunikasiya modelinin bir növü olub. Azərbaycan dilinin izahlı lüğətində bu məsələyə çox gözəl aydınlıq gətirilib.


Lazımi məsələnin yalnız Sizə sərf edən tərəfləri, yəni lehinə, yoxsa əleyhinə təbliğat aparılmasından asılı olaraq, təbliğat hədəfi olan tərəfin (milli və fərdi) zövq, baxış və maraqları (o cümlədən, idealı, ənənəsi, stereotipi, amalı, istəyi, ehtiyacı və s.), həmçinin sosial (irqi, irsi, dini, sinfi və s.) mənsubiyyəti ilə uzlaşmayan və hətta ziddiyyət təşkil edən, yaxud əksinə, söhbət lehinə təbliğatdan gedirsə – uyğun gələn xüsusiyyətləri birtərəfli işıqlandırılır, geniş reklam etdirilir, nümayiş, təsvir və ya izah edilir, lazımi kommentariya ilə şişirdilir; Məsələnin məhz bu variantının KİV nümayəndələrinə çatması təşkil edilir və ya çatmasına çalışılır.




(Bax: Azərbaycan dilinin izahlı lüğəti. Bakı, Şərq-Qərb, 2006)


Propaqandanın sevilməmə səbəblərindən biri də, bu modelin xarakteridir. Bu xarakterləri aşağıdakı şəkildə sıralamaq olar:



1. Verilən mesajın doğru və ya yalan olmasının heç bir əhəmiyyəti yoxdur.


2. Diskriminativ və hüquq məhdudlaşdırıcı, yanıltıcı məqsədlər üçün istifadəyə tolerantlıdır.


3. Propaqanda modelini tətbiq edən qaynaq, tətbiq obyektinə verilən mesaj mövzusunda alternativ məlumatlar verilməsini xoşlamır.


4. Hədəf kütlənin feed back-ləri nəzərə alınmır və ondan gələn feed back-lər mesaj verən qaynağın marağına uyğun qəbul etdirilir. (bax: Noam Chomsky and the Media)


5. Mass. propaqandaya məruz qalan cəmiyyətlərdə əhalinin daha az təhsilli və analiz qabiliyyəti zəif olan (hansı ki, adətən əhalinin böyük əksəriyyətini təşkil edir) hissəsini öz təsiri altına alır və propaqanda olunan mövzuda fərqli düşünən, analiz qabiliyyətli təbəqəyə qarşı onlarda aqressiya yaradır.





“Əyri oturub düz danışsaq”, propaqanda özü qərb məşəlli metoddur. Düzdür propaqandanın ən iyrənc şəkli şərqdə tətbiq olunsada, metod özü qərbindir. Bu metodun ən dəbli olduğu dövr III dünya müharibələri olan dövr olub. O illərdə, müttəfiqlər və Alman bloku, propaqandadan psixoloji müharibə silahı kimi istifadə ediblər. Daha sonra qərb ölkələri tədricən, yavaş - yavaş bu metoddan uzaqlaşsalarda, SSSR ömrünün sonuna qədər bu kommunikasiya modelini həm öz əhalisinə, həm də sərhədlərindən kənarda tətbiq edib.



Təəssüf hissi ilə qeyd etməliyəm ki, Sovet qalıqlarından qurulan dövlətlərin bir çoxunda propaqanda hələdə aktual kommunikasiya metodu olaraq qalır. (Baltik yanı ölkələr, Ukraina, Gürcüstan istisna olmaqla) Propoqanda komunikasiya modelinin günümüzdə ən bariz nümunələrindən biri də, Ukrayna və Rusiya münaqişəsidir. Münaqişə başlayan ilk gündən – maydan hadisələrindən bu günə kimi Rusiya mediasına diqqət yetirin. İlk insidentlər Rusiyanın Ukrayna xalqına avrointerqasiyaya təziqi ilə başladı.



Ukrayna AB dialoqları başlayan gündən Rus mediyası batmaqda, çöküşdə olan Avropa təsviri yaradırdı. Hətta o vaxtkı prezident Yanikovicin Rusiya təzyiqindən Merkele şikayəti kameralara ilişmişdir. Daha sonra meydan hadisələri zamanı Rus mediası tək tərəfli şəkildə Rus əhalisi və Rusdilli Ukrayna əhalisi üçün meydanda baş verənləri xalq istəyi deyil, pulla kiralanmış narkoman xuliqan və muzdulardan ibrət faşistlər olduğu təsvirini yaratamağa çalışırdı. Youtube.com-da bu barədə saysız hesabsız viderolar var ki, orda açıq aşkar Rus kanallarının necə saxta reportajlar hazırladığını görmək olar.



https://www.youtube.com/watch?v=GeVsgB5bZ3I


https://www.youtube.com/watch?v=u7CO3bpqf2o



Propoqandanın parktik təsirləri barədə ardıcıllıq aşağıdakı kimi baş verir.


Həqiqət və reallıq paradiqması


Bir çox hallarda propoqanda həqiqəti deyil reallığı əks etdirir.



1. Mesajlar ilk verilən müddətdə hədəf kütlə mesaja ciddi etiraz edir. Və kəskin reaksiya bildirir


2. kinci mərhələdə isə hədəf kütlə verlən mesajın yalnış olduğunu bilir, başa düşür amma etirazı azalır.


3. Üçüncü mərhələ, İnsanlar verilən mesajın yalnış olduğunu bilsə də mesajı qəbul edir.


4. Dördüncü mərhələ, hədəf kütlə mesajı qəbul edir, etiraz etmir, həssas yanaşır və mesaj verilən mövzuda əks fikr bildirənlərə aqressiya göstərir.



Yuxarıdakı təsvirdən də görüldüyü kimi Propoqanda tətbiqi zamanı PR tool və siyasi vasitə olmaqdan çıxıb, tətbiq obyektində yəni hədəf kütləsində sosio psixoloji travmalar yarada bilər. Propoqanda komunikasiya modelinin günümüzdə ən bariz nümunələrindən biri də Ukrayna və Rusiya münaqişəsidir. Münaqişə başlayan ilk gündən – maydan hadisələrindən bu günə kimi Rusiya mediasına diqqət yetirin. İlk insidentlər Rusiyanın Ukrayna xalqına avrointerqasiyaya təzyiqi ilə başladı Ukrayna AB dialoqları başlayan gündən Rus mediyası batmaqda, çöküşdə olan Avropa təsviri yaradırdı.



Hətda o vaxtıkı prezident Yanikovicin Rusiya təziqindən Merkele şikayyəti kameralara ilişmişdir. Daha sonra meydan hadisələri zamanı Rus mediası tək tərəfli şəkildə Rus əhalisi və Rusdilli Ukrayna əhalisi üçün meydanda baş verənləri xalq istəyi deyil, pulla kiralanmış narkoman xuliqan və muzdulardan ibrət faşistlər olduğu təsvirini yatamağa çalışırdı. Youtube.com-da bu barədə saysız hesabsız viderolar var ki orda açıq aşkar Rus kanallarının necə saxta reportajlar hazırladığını görmək olar.



https://www.youtube.com/watch?v=GeVsgB5bZ3I


https://www.youtube.com/watch?v=u7CO3bpqf2o



Propoqandanın parktik təsirləri barədə ardıcıllıq aşağıdakı kimi baş verir.


Həqiqət və reallıq paradigması


Bir çox hallarda Propoqanda həqiqəti deyil reallığı əks etdirir.



1. Mesajlar ilk verilən müddətdə hədəf kütlə mesaja ciddi etiraz edir. Və kəskin reaksia bildirir


2. İkinci mərhələdə isə hədəf kütlə verlən mesajın yalnış olduğunu bilir başa düşür amma etirazı azalır


3. Üçüncü mərhələ, İnsanlar verilən mesajın yalnış olduğunu bilsə də mesajı qəbul edir.


4. Dördüncü mərhələ, hədəf kütlə mesajı qəbul edir, etiraz etmir, həssas yanaşır və mesaj verilən mövzuda əks fikr bildirənlərə agressia göstərir.



Yuxarıdakı təsvirdən də görüldüyü kimi Propoqanda tətbiqi zamanı PR tool və siyasi vəsitə olmaqdan çıxıb tətbiq obyektində yəni hədəf kütləsində sosio psixoloji tramvalar yarada bilər





Əminəm ki, yaznın bu hissəsinə qədər oxumağa səbri çatan dostlarımı bir sual düşündürür.Bütün bunların marketinqlə nə əlaqəsi var ?. Əzizlərim Propaqanda PR-ın 4 ana modelindən olan tək tərəfli kommunikasiya modelininin bir instrumentidir. İstifadə etdiyimiz platforma eynidir, yəni biz də hədəf kütləni təsirləndirməyə, onda fikir yaratmağa çalışıdıq. (Məhsul və ya xidmət barədə) Propaqanda da eyni hədəfi güdür. Bizdə bu istiqamətdə ATL və BTL kanallarından istifadə edirik, Propaqanda da. Mənə görə işin içində incə məqam var, o da bizlərin, çiyinlərimizə düşən məsləyimiz qarşısında olan sosial məsuliyyətimizdir. Bir başqa formada desək, ziyalılıq borcumuzdur. Axı Bizlər PR mütəxəssisi, Marketoloq olmaqla yanaşı, həm də bir ziyalıyıq.



Nə etməli?



Paradiqmanın “nə etməli?” hissəsini daha dərindən ələ alsaq aydın olar ki, bizlər yaşadığımız ölkədə siyasi partiya və siyasi institutlara daha inkişaf etmiş ikitərəfli kommunikasiya modelinin platformasında olan PR xidməti verməklə, o siyasi institutlara daha təkmil modellərin xidmətini daddırmaqla həm öz bölməmizə çox ciddi büdcəli müştərilər qazandıra bilərik, həm də ki, hədəf kütlənin, yəni xalqın faydasına ciddi bir iş görmüş olarıq.