Son vaxtlarda ölkəmizin qrafik dizayn sahəsində müəyyən mənada müsbət işlərin artması müşahidə olsa da, ümumilikdə bu sahədə həddindən artıq boşluqlar və catışmamazlıqlar var.
Səbəb çoxdur, amma mən çalışacam ən əsaslarını sadalıyım. Birinci və düşünürəm ki, bu problemin bünövrəsini təşkil edən ümumilikdə dizayner anlayışının bərbad şəkildə erroziyaya uğramasıdır.
Yadımdadır, hələ 7-8 il öncə kompyüter qarşısında oturub bir balaca "Power Point"də nəsə cızma-qara edənlər də özlərini dizayner adlandırırdılar və yaxud hansısa adı belə məlum olmayan hazırlıq kursalarında bir-iki ay "Corel Draw" kursuna gedənlər özlərini dizayner kimi təqdim edirdilər. Artıq o zaman da bu göstəricilərə malik həddindən artıq böyuk bir kütlə bazara daxil olmuşdu və bu sahədə çalışırdılar. Məsələ o deyil ki, bu təbəqə niyə calışır, məsələ odur ki, bu cür dizaynerlər o dövürdə, demək olar ki, bu günki dizayner anlayışını və bu işə olan qiyməti formalaşdırdılar.
O gündən bu günə ne dəyişdi, indi bizdə doğrudanda fəxr ediləsi dizaynerlər yetişib, onlar sayca çox olmasalar da, varlar. Şükür olsun ki, varlar. Qayıdaq mətləbə. Formalaşan o kütlədən indiyə ,demek olar ki, o qədər də çox insan qalmayıb, yəni müəyyən vaxtdan sonra hansısa səbəblərdən bu işi tərk ediblər ve yaxud da etməsələr də, hansısa zirzəmilərdə kiçik reklam butkaları açıblar. Bəli, bu kütlə artıq bazarda dominant olmasalar da, onların bu sahəyə qoyduqları qiymət hələdə böyük bir kütlənin standartına çevrilib.
Yəni, bu proses savadlı istedadlı kadrların azlığı bizim qrafik industriyadakı qiymətləri alt üst etdi . Nəticə o oldu ki, bu gün hansısa sifarişçi şirkətinə və ya məhsuluna loqo və ya brendbook sifariş verməyə gələndə, qarşındakı dizaynerin ona dediyi qiymətdən şok keçirdir. Və cavabında isə deyir “mən keçən il filan şirkətimə 50 manata loqo etmişdim, sen ne danışırsan” ))). Və yaxudda “əşi, sən nə edirsən e orda, iki dənə xətt atassan, buna görə bu qədər pul istəyirsən məndən”.
Bəli, düzdür, hal-hazırda belə hallar bir qədər azalsa da, amma tez-tez rastlaşırıq. Və nəticə təkcə bazar qiymətlərinə deyil, eləcədə dizayner anlayışına da zərbə vurdu. Bu gün mətbəədə işləyən operatorlara da dizayner deyirlər, və yaxud hansısa şirkərin vizuallarını hazırlayana da. Hardasa razılaşmaq olar, bəlkə də, bu adlarla, amma düşünürəm ki, məsələnin həlliyolu sifarişçiləri geniş şəkildə məlumatlandırmaqla həll oluna bilər. Və son olaraq istərdim ki, bu sferada olan bütün şəxslər bu prosesdə iştirak etsinlər.