Oktyabrın 25-i Portuqaliya futbol çempionatında derbi günü idi. Benfika öz meydanında әzәli rәqibi Sportinqi qәbul edirdi. Oyunun başlamasına bir neçә dәqiqә qalır, stadionda toplaşmış 65 min azarkeş növbәti tarixi oyunu izlәmәyә hazırdır. Bu zaman (May ayında Benfika klubu ilә sponsorluq müqavilәsi imzalamış) Emirates Airline elә bir şey edir ki.
Siz yazını oxuduğunuz bu anlarda dünyanın hәr yerindә insanlar "YouTube"da Benfika-Sportinq oyununun icmalını deyil, hәmin hadisәni göstәrәn videonu axtarırlar. Söhbәt Emirates Aviaşirkәtinin 8 stüardessasının meydana daxil olub, azarkeşlәrә "tәhlükәsizlik vә qol anında nә etmәli olduqlarını" izah edәn görüntülәrdәn gedir. Gәlin öncә videonu izlәyәk:
Әgәr Siz әn azı bir dәfә tәyyarә ilә sәyahәt etmisinizsә və əgər futbol hәvәskarısınızsa bu video Sizin üzünüzdә tәbәssüm oyatdı. Vәssalam! Missiya uğurla tamamlanmışdır. Bu hadisә tәkcә stadiondakı 65 min azarkeşin deyil, dünyanın müxtәlif nöqtәlәrindә olan milyonlarla futbol hәvәskarının beyninә Emirates Hava Yolları üçün "Әhsәn!" siqnalı göndәrdi. Maya dәyәri sıfır olan, 2 dәqiqәlik bir video tәkcә "Emirates"in Facebook sәhifәsindә 12 saatda bir milyondan çox baxış toplayıb. Bununla yanaşı, yüzlərlə xəbər saytı və Facebook səhifələri bu "qeyri-adi video"nu paylaşıb. Bu maraqlı hadisənin fonunda Benfika azarkeşlərinin kefini pozan yegane şey Benfikanın 25 dəqiqə ərzində qapısında 3 qol görməsi ilə əzəli rəqibi Sportinqə 0-3 hesabı ilə məlub olması oldu :)