Ticarət ildən ilə aktuallaşır. Yeni xidmət və yeni məhsullar yaradılır bu da, öz növbəsində onların satışının təşkilini daha optimal və qüsursuz olmağını tələb edir. Çünki rəqabət məhz bunu tələb edir. Azərbaycanda pərakəndə satış bazarda çoxlu rəqiblərin gəlməsinə və müasir dövrün tələblərinə zəmin yaratmış oldu. Bu əsasən supermarketlərə aiddir: Araz, Rahat, Bazar Store, Mega Store, Makro Market kimi nəhənglər istifadəçilərin xidmətinə verildi. Bu gün sadaladıqlarım aktual olduğu üçün adlarını yazdım.



Xatırlayırsınızsa bir zamanlar Almalı, Bizim Market, Səbət də aktual idi. Niyə məhz "aktual idilər" yazdım? Çünki xidmət səviyyəsi aşağı düşdü, müştəri zamanla gördüyü xidməti, diqqəti, sevdiyi musiqini və xoş unsiyyəti görmədi. Bu məqaləni yazmamışdan öncə yuxarda ilk sadaladığım marketlərdə oldum, müşahidələr apardım və hiss etdim ki, mübarizə gedir. Aralarında ən və ən yaxşısı Mega Store oldu. Bildiyiniz kimi müştərinin girdiyi məkanın xidmətindən istifadə edib etməyəcəyi ilkin təsuratdan aslıdır:



Təmizlik


Çeşid


Xidmət


Xoş rəfdar


Musiqi


Kassada gözləməmək


Qoxu


Qiymət


Qiymətlərin yerində olması


Satış mütəxəssislərinin məhsul haqqında olan məlumatı



"Mega Stor"da hər şey yerində idi hətta səbət va arabaya ehdiyacın olduğu an elə bil ürəyini oxuyurdular dərhal önündə olurdu:



Musiqi dinamik


Personal gülərüz


Hər şöbədə satış təmsilçisi


Qiymətlər dəqiq və yerində



Bir sözlə çox fərqli. Ən problemli Bazar Store idi. Bir vaxtlar Ramstore idi. Nə qədər rebrendinq etsələr də elə bazar ki, bazar. Musiqidən adamın lab yuxusu gəlirdi ya da almamağı. Adam çox amma söz soruşanda yox olurdular. Bir müştəri ədviyyatların önündə durdu və satış təmsilçisi xanımı çağırdı. 3 xanım idilər və müştərini bir- birlərinin üstünə atmağa başladılar "Sən! Mən niyə? Görmürsən iş görürəm?". Beləcə müştəri çıxıb getdi. Araz bol çeşidə malikdir və səliqəlidir. "Bizim market"də çox səliqəsizlik var idi. Balığın iyi bürümüşdü aləmi və personal kimisi üzü tüklü, kimisi saqqız çeynəyirdi. Kassanın önündəki satış təmsilçisinin başı elə söhbətə qarışmışdı ki, bir düyünü və çayı paketə qoymağı 1 dəqiqə 30 saniyə çəkdi. Amma xatırlayıram ki, vaxt var idi "Bizim market" əlalardan idi. Almalı market yoxa çıxdı yerinə Səbət gəldi o da bir şeyə müvəffəq olmadı. Çünki, müştəri diqqət, qayğı, ona dəyər, hakimiyyət, mənfəət verilməyini sevir bunlar olmayanda müştəri ora qayıtmayır. Bir çox hallarda müştərillər alış- verişə dincəlmək üçün gedir onlar rahat və güvənli bir yer istiyir. Bəli pul xərcləmiş olsalar belə. Xarici təcrübəyə nəzər salsaq görərik ki, xidmətin yaxşılaşdırılması üçün ayda 2 dəfə personala müştəri ilə davranış, motivasiya və bunun kimi təlimlər keçirilir. Adətən təlimlərdə mənə sual verirlər ki, bir supermarketdə satışın qaldırılmadı üçün nə etmək lazımdır. İlk növbədə bu işə həvəsli olan komanda yetişdirilməlidir. Maddi və mənəvi dəstək isə şərtdir.



Nominasiyalar:



Ən yaxşı satış-təmsilçisi


Ən yaxşı şöbə


Ən pozitiv işçi və s.



Sosial paketlər



Bonus


Personala daimi endirim


Xüsusi günlərdə əlavə maddi dəstək



Təbii ki, rəhbər heyət də mən "BOSS"am və. s kimi ranqlara bölünməni hiss etdirməməlidir. İstənilən biznesdə yeganə "BOSS"umuz var oda müştəri. O kəs ki, xidmətimizdən və ya supermarketimizdən istifadə edir. Komandada isə işçi anlayışı olmamalıdır. Hər kəs özünü qayğıda hiss etməlidir. Siz müştərinizlə necə danışılmağını istəyirsinizsə komandanızın üzvləri ilə o nümunəyə əsasən damışmalısınız.