Ölkәmizdə olan fiziki mәhdudiyyәtli insanların cәmiyyәtә daha aktiv inteqrasiyası, toplumda özlәrinә daha yaxşı yer tapması üçün növbәti dәstәk "Bank of Baku"dan gәldi, özü dә necә gәldi! Bir ay әrzindә "Bank of Baku"nun tәşkilatçılığı ilә "Hilton Otel"dә "Mәhdudiyyәtlәrә Meydan Oxu!" adlı layihә keçirildi. Layihә çərçivəsində 4 müxtəlif mövzuda onlarla təlimçi layihəyə qoşulan insanlar üçün təlimlər keçdi. Üstəgəl, Noyabrın 30-u layihənin bağlanış mərasimindən sonra ilk "Əngəlsiz Karyera Sərgisi" təşkil olundu.



Bank of Baku ilk olaraq iştirakçılardan ikisinə iş təklifi etdi. Üstəgəl, elan olundu ki, bu layihəyə qoşulan insanların iştirakı ilə yaxın vaxtlarda sosial video-çarxlar hazırlanıb ictimaiyyətə təqdim ediləcək. Bu layihədə diqqətimi çəkən nə oldu, deyim: Birincisi, Bank of Bakunun Facebook səhifəsinə daxil olsanız görərsiniz ki, səhifəhə bir paylaşım Bankın məhsulu haqdadırsa növbəti 2-3 paylaşım #MeydanOxu layihəsi haqdadır və bu tendensiya düz iki aydır ki, belədir. İki ay ərzində (1 Oktyabr – 30 Nnoyabr) səhifədə yerləşdirilən 4 "cover" fotosundan 3-ü məhz bu layihə haqda olub. Bir şirkətin sosial bir layihəyə bu qədər önəm verməsi, bu qədər önə çıxarması məncə, alqışlanacaq və nümunə götürüləcək bir mövzudur. İkincisi, "Bank of Baku"nun əməkdaşlarının təkcə iştirakçılara yox, təlimçilərə, media nümayəndələrinə və layihədə işirak etmiş istənilən digər şəxslərə qarşı olduqca səmimi və isti münasibəti çox xoş idi. "Bank o Baku"nun işə görütdüyü iki nəfərin adını çəkəndə İlhamə xanımın göz yaşlarını görənlər anlayırdı ki, bu, adi bir sosial layihə deyil, insanlar buna ürəyini qoyub.



Deyilə bilər ki, təlimçi olaraq layihəyə dəvət olunanlardan biri də mən idim deyə layihə haqda bu cür müsbət fikirlər yazıram, əlbətə ki, belədir. Çünki layihə çərçivəsində bir neçə dəfə Bank of Baku əməkdaşları ilə görüşdüm, 15 nəfərə yaxın iştirakçı ilə bloqçuluq mövzusunda təlimimiz oldu, açılış və bağlanış mərasimlərində iştirak etdim. Məhz buna görə layihənin hansı səviyyədə təşkil olunduğunun, layihəyə necə münasibət göstərildiyinin şahidi oldum. Əgər kənardan layihəni izləyən biri olsaydım, çox ehtimal ki, layihəyə verilən qiyməti bu qədər anlaya bilməzdim. Layihə ilə bağlı belə bir sual da yaranır çox ehtimal ki: Bank of Baku bunu özünün reklamı üçün etmədimi? Bəli, reklamı üçün etdi. Amma bu cür reklam pisdirmi? Bank of Baku layihəyə xərclədiyi vəsaiti TV-yə, bilbordlara və ya sosial mediaya da xərcləyib özünü reklam edə bilərdi, amma o vəsaiti sosial bir layihəyə xərclədi. Yenə özünü reklam etmiş oldu, amma bununla yanaşı qazananlar TV verilişlər, sosial media agentlikləri yox, fiziki qüsurlu insanlar oldu. Əlbəttə, TV-lər, sosial media agentlikləri qazanmasın demirəm, amma Bank of Baku bu layihə ilə öz reklamı ilə paralel onlarla insana da qazandırdı – kimisinə iş, kimisinə yeni dostlar, kimisinə həyat eşqi, yaşamaq eşqi..



Artıq marketinq dünyasında ənənəvi reklam, PR üsulları öz əhəmiyyətini itirməkdə, yerini “Native ads", "Viral marketing", "Influencer marketing” kimi yeni trendlərə verməkdədir. Sosial layihələrdə, maarifləndirici aksiyalarda iştirak da brendlər üçün bu kimi kanallardan biridir. Üstəgəl, dediyim kimi, əgər layihənin təşkilatçıları bunu ürəklə, canla-başla keçirirlərsə bu vəziyyətdə həmin şirkətin addımı yalnız alqışlanmalıdır. Əlbəttə deyilə bilər ki, təlimçi olaraq layihəyə dəvət olunanlardan biri də mən idim deyə layihə haqda bu cür müsbət fikirlər yazıram, bəli, bu da doğrudur. Çünki layihə çərçivəsində bir neçə dəfə Bank of Baku əməkdaşları ilə görüşdüm, 15 nəfərə yaxın iştirakçı ilə bloqçuluq mövzusunda təlimimiz oldu, açılış və bağlanış mərasimlərində iştirak etdim. Məhz buna görə layihənin hansı səviyyədə təşkil olunduğunun, layihəyə necə münasibət göstərildiyinin şahidi oldum. Əgər kənardan layihəni izləyən biri olsaydım, çox ehtimal ki, layihəyə verilən qiyməti bu qədər anlaya bilməzdim. Bir ay davam edən bu səmimi, sevimli ab-hava yekunlaşdı. geriyə isə bu cür gözəl görüntülər qaldı:




















Layihə ilə bağlı ən böyük təşəkkür məncə selfiedə yanımda gördüyünüz bu xanımlara düşür!