Marketoloqların insanlar üzərində yaratdıqları süni ehtiyacdan yaralanan istehsalçılar və supermarketlər müştərilərinin ciblərinə düşmən kəsilib. Insanlar əvvələr özlərinin ehtiyacı qədər alış-veriş edirdilər xırda dükan və mağazalardan amma hal-hazırda supermarketlər artdıqları üçün və keçirilən xırda promosyonlar və insanların marağı onların aldanmasına səbəb olur. Supermarketə çörək almağa və yaxud şəkər tozu, yağ və s. kimi zəruri ehtiyac dalınca girən insan kassir xanımın sünü təbəssümü altında ağzından çıxan kiçik həriflərlə 50-manat deməsi ilə ayılır. Bu ən yaxşı halıdır, uşaq və yaxud xanımı ilə daxil olan şəxsi isə daha ağır nəticələr gözləyir. Məhsulların qablaşdırılmasında olan gözəllik və daim yenilik axtaran insan nəfsi, yeni dad, ləzzət axtarışında olan insan gözü və mədəsi müştərini əlini vitrinə ordan səbətə atmaq sonraki mərhələdəsə kassa önündə kiçik infaktlarla nəticələnir.


Hansı supermarketdə qiymət ucuzdur?


Ərzaqları və gündəlik təlabat məhsulların hansı marketdən daha ucuz əldə etmək olar?


Necə etmək oları supermarketlərin qiymət oyunlarının qurbanı olmayaq?


Supermarketlərin ucuz olma səbəblərin daha öncəki yazımda bildirmişdim (http://www.facemark.az/news/yazirlar/kohne-bazar-yeni-store.html) bunlar: satış dövriyyəsi, dilleri olduğu məhsullar, istehsal etdiyi məhsullar, bunlardan əlavə olaraq qiymətə təsir edəcək səbəb rəqiblərin eyni ərazidə yerləşməsidir. Buna misal olaraq 9-cu mikrorayona gedən yolda, yolun sağ və solunda ard-arda yerləşən supermarketlərin necə qiymət müharibəsi apardığının şahidi ola bilərik. Hətta deyərdimki bir marketin işçisi digər marketdə keşik çəkir nəsə hansısa məhsulda artım-azalım olan kimi öz “stock” na baxaraq, digəri qiymət siyasətini təyin edir.


Qiymət ucuzluğuna və bahalılığına görə SM-lərin siyahısı aşağıdakı kimidir.


Ucuz və Bahalı Supermarketlərin siyahısı Top 10


S/s


Ucuz Supermarketlər


Bahalı Supermarketlər


1.


Favorit


Kontinental


2.


Bolmart


Citimart


3.


Bazarstore


Life


4.


Ən ucuz market


Ailə


5.


Bizim


Neptun


6.


Sarı


Rahat


7.


Makro Market


Lider-As


8.


Səbət


Çinar


9.


Dəniz


New world


10.


Araz


Gastranomy



Sıralanan marketlər müəyyən və müxtəlif çeşidlərlə müəyyənləşdirilməyib ümum olaraq 6-ay ərzində keçrilən monitorinqlər nəticəsində təyin olunmuşdur.


Supermarketlərdə qiymətdən söz düşərkən əlbəttəki hər kəsin ağlına vitrində olan sonu 9(doqquzla) bitən qiymətlər gəlir. Biz uşaqlıqdan yuvarlaq rəqəmlərə öyrəşdiyimiz üçün bu bizlərə biraz qəribə görsənir, bəziləri hətta bunun manipulyasiya olduğunu düşünərək müştərini aldatmağa yönələn bir vasitə olduğunu düşünür. Əvvəllər rəqəmlər adət etdiyimiz kiçik mağazalarda 20-q, 50-q, 1-manat, 1.30-q, 1.70-q, 2,60-q. kimi yuvarlaq olaraq gedirdisə hal-hazırki bazarda kimisi bilərək, kimisi bilməyərək, kimisi məhsulun üzərinə qoyduğu satış faizinin əlavəsindən, kimisi müştəriyə psixoloji təsir göstərmək üçün və s. səbəbdən qiymətləri 18-q, 43-q, 0.89-q, 1.29-q, 1.75-q, 2.69-q və s. kimi vitrinlərə düzür. Hətta kompaniyalar zamanı üzərindən xətt çəkilmiş qiyməti şişirərək indiki qiyməti ucuz göstərənlərdə var. Məs: normal qiyməti 6.20 Azn olan yağı, kampaniya edərək əvvəlki qiymətin 7.10-q, kampaniyadan sonraki qiymətinsə 6.19 göstərirlər və beləliklə müştəridə belə bir təsürat oyadırlarki indi almasan, 5-gün sonra 1-manat bahasına alacaqsan.


Əziz oxucular bir vacib məqamıda qeyd etmək istərdimki bu sizə yaşam boyunca lazım olacaq, çox faydalı bir bilgidir. Çalışın hər zaman alış-verişi aylıq edəsiniz, bu sizin büdcənizə dəyər, vaxtınıza qənaət, evinizədə bərəkət gətrəcəkdir. Həmdə siz bu qəpik qalıqlarının büdcənizə nə dərəcədə önəmli gəlir qatdığını görəcəksiniz.


Diqqət: hər bir sektorda olduğu kimi supermarket sektorunda da yazılmayan qaydalardan biridə odurki, əgər siz hər hansı bir məhsulu vitrindən aldığınız vaxt 2.50-yə görüb almısınızsa, sonra kassada həmin məhsul 2.70-yə olarsa, siz onu 2.50-yə almaq haqqına sahibsiniz və yaxud da eyni məhsul kassadan 2.40-yə keçirsə, siz onu 2.40-yə almaq haqqına sahibsiniz, hər zaman ən aşağı qiyməti seçmə haqqına sahibsiniz, əgər bu vəziyyətə mağaza tərəfindən etiraz bildirilərsə, sizə məsləhətim bir daha o mağazaya girməyin, çünki həmin mağaza sizin pullarınızla varlanır amma sizə dəyər vermir. Sizə dəyər verən marketi seçin çünki “Müştəri hər zaman haqlıdır”