Bu vaxta qədər yatdıq. Etiraf edək ki, bu bizimdə istədiyimiz, ürəyimizdən gələn şirin bir şey idi. Artıq oyanmaq və istehsal prosesində işin bir ucundan yapışmaq vaxtıdır. İdarələrin gördüyü işlər qara qura etdiyi içi boş aktlaşmış kağızlarla deyil, həqiqi istehsala faydası ilə ölçülməlidir.



Cənab Prezident “Dövlət idarələri artıq Özəl şirkətlər kimi fəaliyyət göstərməlidir” deyəndə nəyə işarə edirdi? Özəl şirkətin dövlət idarələrindən fərqi gəlirlərini artırıb, maliyyətləri azaltmaq idi. Amma Dövlət İdarələrinin əslində qazanclarını artırmaq kimi dərdi yoxdur çünki onlar büdcədən ayrılan pulla ayaqda qalırlar. Neft dövrünün bitmək ərəfəsində olduğu artıq hamıya məlumdur. Büdcə azalır buna görədə dövlət idarələrinə göndərilən pullar azalır. Artıq dövlət idarələri öz gəlir kanalların artırıb daxili büdcələrini formalaşdırmalıdırlar. Əlbəttə ilk işləri Araşdırma və İnkişaf şöbələrin yaradaraq bazarı analiz edib, əlindəki imkanlarla hansı məhsul və xidmətlər sata bilərlər ona baxmalıdırlar. Özəl sektorda işləmiş mütəxəssisləri işlərə cəlb edib, oradakı təcrübələrdən faydalanmalıdırlar. Daha az requlyasiya, daha az bürokrasiya ilə yüksək təhsilli gənclərin və yaradıcı insanların qabağı açılmalıdır.



İdarə etmə prinsipləri:





Dövlət idarələrinin əsasən arıq-uzun (Tall-Narrow) idarə etmə prinsipinə dayanır. Bununda bir çox mənfi tərəfi var. İşin görülmə vaxtını uzadır, kim nə iş görür tam müəyyən etmək olmur, effektivlik azalır, bürokrasiya artır. Dövlət idarəsində işçinin bir təklifinin rəhbər işçiyə getməsi ortalama 4-5 rəhbər işçidən keçir. Təklif şöbə rəisinin müavini ilə razılaşdırılmalıdır. Daha sonra şöbə rəisinin müavini şöbə rəisi ilə razılaşdırmalıdır. Şöbə rəisi baş mütəxəssis ilərazılaşdırmalıdır. Baş mütəxəssis direktor müavini ilə. Direktor müavini direktorla. Yuxarıdakı şəkildə ilk qrafikdə bu bizə aydın göstərilib. Gəlin etiraf edək ki, bu daşlardan biri razı olmasa söhbət bağlanacaq. Bununla işin effektivliyin kimin nə iş gördüyünü əlbəttə ölçmək mümkün deyil və olmayacaq.



Özəl şirkətlərdə isə idarə etmə prinsipi yuxarıdakı şəkildə qrafik 2də göstərildiyi kimidir. Çoxlu bölünmələr azalıb, komanda halında işləmək artıb, kimin nə iş gördüyünü daha asan müəyyən etmək mümkünlüyü yaranıb. Bu gün baxdığımızda dünyada uğurlu olan bütün özəl şirkətlərin təməlində yatan əsas səbəb geniş idarə etmə prinsipidir. İşçilərə düşən iş yükü və məsuliyyət artırılıb bərabərində informasiya texnologiyaları verilib ki, kağız-kuğuzun içində itib batmasın. Facebook, SalesForce və sairə şirkətlər hətta şirkət daxili sosial şəbəkələr belə yaradıblar və şirkətlərin istifadəsinə veriblər. İnformasiya texnologiyaların tətbiqi qacınılmaz bir hal alıb. Söhbət e-maildən getmir. ERP, CRM, və sairə tipli bulud proqramlardan gedir. Əlbəttə dövlət ancaq idarə etmə şəklini dəyişdirirək içini dəyişdirməyərək vəziyyətdən çıxmağa çalışsa bu mümkün olmayacaq. Özəl şirkətdən gətirdiyi 2 3 mütəxəssisdə ya bezib işdən çıxacaq ya da kollektivə qoşulub “palaza bürün elnən sürün” kimi davam edəcək.



Nəticə: Dövlət İdarəsini necə Özəl Şirkət halına gətirmək olar



  • İdarə etmə prinsipini dəyişirik
  • Çöldən təcrübəli insanları gətirib rəhbər vəzifələr veririk
  • Araşdırma və İnkişaf şöbəsi yaradıb, bazarı araşdırıb yeni məhsullar çıxarırıq
  • İnformasiya Texnologiyalarını (ERP, CRM, və s.) tam tətbiq edirik
  • Şöbələri birləşdiririk
  • Yatanları oyadıb, istehsal prosesinə qatırıq