Bir gün elektron ticarət şirkətinin birində konsultasiyadayam. Söhbət qızışdı mövzu açıldı ki, bəs necə etsək satışları artıra bilərik. Biraz fikirləşdim ağlıma bankların taksit kartları gəldi. Dedim ki, Səməd gəl səninlə gedək Akifin yanına o ən böyük bankların birinin marketinq şöbəsində işləyir. Bəs bizə kömək edər. Nəysə Səmədlə gəldik Akifin yanına fikrimizi dedik ki, Akif əgər saytımıza debet kartla ödəmələrdən əlavə taksitlə ödəməyi də qoysaq, həm sizin kredit kartlara tələb artar həm də bizim satışlarımız artar. İki tərəfdə qazanclı olar. Söhbət Akifin beyninə batdı.



Sabahı günü Akif Korperativ Marketinq şöbəsinin rəisi Eminə söhbəti danışar. Emin bizi dəvət edər banka məsələni aydınlaşdırmağa. Kostyumlarımızı geyinib düşdük bu məhşur banka doğru yola. Müəllimin qəbuluna gəlib söhbətə başladıq. Səmədlə təkrar başladıq: Emin müəllim, bizim internet mağazamız var oradan məhsullar satırıq. Əgər taksit sistemini saytımıza qoşsaq sizin kartlara olan tələb artacaq həm də bizim satışlar artacaq. Eminin biraz beyni dondu fikrə getdi. Yəqin internet mağaza nə olan şeydi onu anlamağa çalışırdı.Qəfldən Səmədə döndü soruşdu ki: Nə qədər kredit kart satışı artacaq mənə konkret rəqəm deyin. Söhbətə o dəqiqə girişdim dedim ki: Bəs Emin müəllim, biz bu suala belə birdən cavab verə bilmərik icazə verin gedib hesablayaq, gəlib təkrar sizinlə danışaq.



Nəysə getdik işə. 1 günə gecəni yatmamaq, hesablamalar, aylıq trafiq, loyal müştəri və sairə rəqəmi tapdıq. Bankın marketoloqu Akifə zəng etdik ki, bəs Emin müəllimə deyin təkrar görüşmək istəyirik. Sağolsun bizi tez qəbul etdi. Dedi ki: Cavanlar nə oldu rəqəm. Bizdə sevincən cavab verdik: Emin müəllim, çox ciddi hesablamalar apardıq gördük ki, təxmini sizə 200 yeni kredit kartı müştərisi qazandıra bilərik və mövcud olan kredit kartı müştəriləridə saytımızdan alış-veriş edər, taksit olunar. 200-dən azda ola bilər, çoxda. Amma təqribi rəqəm budur. Eminin üzü qızardı, biraz dayandı dedi ki: Cavanlar bir dəqiqə gözləyin görün neynirəm. Bizdə həyəcanla gözləyirik ki, indi deyəcək əhsən uşaqlar oldu bu iş. Telefonu götürdü zəng etdi. Danışır: Bacıoğlu, nətərsən nə var nə yox ? Opşim gör nə deyirəm. Axşam tərəfi Lala xanımı göndərəcəm, işçilərinin hərəsinə bir taksit kartı verəcək. Öpdüm sağol. Telefonu yerə qoydu döndü bizə dedi ki, cavanlar indi 500 dənə yeni kredit kartı satdım. Lazımdı mənə bu həngamə?. Daha sonra Akifi çağırdı bizi yüksək səviyyədə yola salmağı tapşırdı. Çıxmışıq çölə Səməd, mən, Akif. Mən Səmədə baxıram Səməd mənə şokdayıq. Döndüm üzümü Akifə dedim ki, Akif qardaşımsan sən bu bankda nə iş görürsən ? Ümumiyyətlə, burada marketinq nəyə lazımdır. Emin müəllim özü 1 zənglə 500 müştəri tapırda. Bekar kresloda oturmaqdansa özünüzə iş tapın. Çıxıb ofisimizə qayıtdıq.



Nəysə, üstəndən 2 il keçdi. Ölkədə devalvasiya oldu. Görürəm dünən telefonuma zəng gəlib. Açdım telefonu: Vay müəllim necəsüz ? neynürsüz ? Tay banka gəlib getmürsüz ?. Siz əvvəl mənə yaxşı təklif eləmişdiniz. Oturdum fikirləşdim (2il sonra) əslində bunu etmək olar. Gəlin qoşaq sistemi. Nəysə söhbəti tutdum. Bildim ki, Emin müəllimdi. Məndə yola verdim söhbət bağlandı.



Hə indi mənə deyin, Korperativ Marketinq nədir ? Nəyə lazımdır ?