Uşaqlarınızı iqtisadiyyat kimi mənasız fakültələrdə oxutmayın.



Gəlin Azərbaycan həqiqətinə baxaq. Ölkəmizin pulu o tərəf bu tərəfə çevirib iş görən insanlara ehtiyacı var yoxsa istehsalda məhsul və xidmətlər yarada biləcək mühəndislərə. Azərbaycanda sürü qədər iqtisadiyyatçılar var. Soruşsan iqtisadiyyat niyə bu haldadır? hamısı bir ağızdan qeyri neft sektoru zəifdir deyəcək. İqtisadiyyatcı problemi atır mühəndisin və kəndlinin üstünə oda atır şəraitə və ya qaytarır iqtisadiyyatcıya. Qardaş olmaz ki, səndə o qalstukunu çıxardıb özünə biraz əziyyət verib işin çətinliyini araşdırasan. İstehsal üçün bu sahəyə qrantlar fayda vermir. Çünki bizdə artıq qrant yemek üçün pul görünür. İqtisadiyyatcı olaraq qrantdan başqa ağlına heçnə gəlməməyi normaldır çünki səndə qranta maraqlısan. Gənclərimiz getdi oxudu xaricdən gəldi. Hamısı gələndə BP sevdasıyla yanıb tutuşur. Özlərinə neft sektorunda iş axtarırlar. Bilirsən niyə? Mən deyim çünki orada beynəlxalq iş sistemi var, maaşları yüksəkdir, ailə sığortaları var. Biraz Maslow oxu.





İnsan qarnının dərdində olanda yaradıcı ola bilməz. Bütün günü sabah evə aparmaq üçün çörək pulunu necə tapacam fikrində yanıb tutuşan gəncdən nə Startup nə təşəbbüskarlıq gözləyirsən ki? Bax İsrailə təkcə illik 10 milyard dollar ancaq araşdırmağa xərcləyir. Məncə bizim hələ də ciddi təşəbbüskarlıq proqramına ehtiyacımız var. Amma heç kim hazırlamaq istəmir. Ancaq şikayət edirlər qeyri neft sektorundan, gənclərdən. İsrailin təşəbbüskarlıq proqramını heç olmasa dilimizə tərcümə edin məclisə göndərin. Hər şeyi sizin yerinizə Rəhbər etməlidir ? Nəyi gözləyirsiniz ?