Hər şey "Mado"nun müştərilərinin telefonlarının batareyası bitməsin deyə göstərdiyi pulsuz servislə başladı. Bir müştəri Mado-da yemək yeyərkən “Power Bank” sifariş edir ki, telefonunun batareyasını doldursun. Hesabı ödəmək üçün kassaya yaxlaşdığında çekdə görünməsi lazım məbləğdən 35AZN daha çox hesab gəlir.






Kassadan müştəriyə məlumat verirlər ki, bəs sizə “Power Bank” verildiyində adınıza yazılır daha sonra cihazı geri qaytardığınız da məbləğ çekdən düşülür. Amma bizim xəbərə ac mediamız alıb bu hadisəni guya Mado müştərilərinə “Power Bank” adıyla 35AZN əlavə hesab göndərir kimi qələmə verir. Hər bu hadisələrdən sonra ölkəmizdə mətbuatın nə hallara qaldığını utanc içində düşünürəm. Nə araşdırma var, nə mövqe öyrənmək var. İşləri gücləri cılız hadisələri böyüdüb xəbər etməkdir.



Madonun müştərilərinə pulsuz verdiyi batareya doldurma xidmətini qoyun qırağa, deyin görək hansı restoran və ya kafe mərkəzi bölgələrdə 2AZN-ə çay verir ? İnsanları məcbur etmir ki, çaynik yanında nəsə alsın ? Cavabını deyim Mado.



İgidi öldürün haqqını yeməyin.