Bir dəfəsində Zamin Banka Rusiyadan hesabıma göndərilmiş pulu götürmək üçün baş çəkdim. İlk getdiyim filialda dedilər ki, server xarabdı, siz digər filiala baş çəkin. Növbəti filialda isə transfer işlərinə baxan şəxs yoxdur deyib, növbəti ən yaxın filiala yola saldılar. Artıq bu kimi problemlər tarixə qarışacaq. Facebook Messenger pul transferi gəlir (Payments in Messenger).



Facebook, mesajlaşma tətbiqi Messenger vasitəsilə pul göndərib-alma xüsusiyyətini rəsmi olaraq elan etdi. Gələn xüsusiyyətlə birlikdə artıq Facebook Messenger tətbiqi ilə yoldaşlarınıza anlıq olaraq pul göndərə bilməniz mümkün olacaq.
Pulsuz olaraq edilə biləcək pul transferi xüsusiyyəti ilk olaraq ABŞ-da aktiv hala gətirildi. Facebook Messenger xidmətinə öndərlik edən sabiq PayPal rəhbəri David Marcus’un bu hamləsini gözlənilən saymaq olar.
Sistem olduqca sadədir. Pul göndərib-alma əməliyyatı isə belədir. Messenger’də dostunuzla danışdıdğınız əsnada “$” ikonuna klik etməyiniz gərəkir. Sonra isə “Pay” butonuna basaraq bank kartınızı seçməklə pul transferi mümükün olacaq.
Məbləği qəbul etdiyiniz zaman isə dostunuzla olan söhbəti, danışıq panelini açırsınız.
“Add card”a klik edib, daha sonra pulu debit kartınıza əlavə edirsiniz (PİN kod girilərək əməliyyat yerinə yetiriləcək)

To send money:



1. Start a message with a friend


2. Tap the $ icon and enter the amount you want to send


3. Tap Pay in the top right and add your debit card to send money



To receive money:



1. Open the conversation from your friend


2. Tap Add Card in the message and add your debit card to accept money for the first time


Facebook Messenger indiki halda ABŞ’da olan Visa və MasterCard bank kartlarını qəbul edir. Android, İOS və Desktop üzərindən həyata keçəcək. Messenger’dən pul göndərərkən İOS cihazını istifadə edirsinizsə “Touch İD” xüsusiyyətindən də faydalana bilərsiniz.
Bütün əməliyyatlarda məsuliyyəti üzərinə götürəcək tərəf Facebook olacaq. Pul göndərdiyiniz şəxin bank hesabı olmadığı təqdirdə Facebook pulu öz sistemində saxlayacaq. HESABI VARSA PUL BİRBAŞA TRANSFER OLUNACAQ. Əgər pul çatmasa yenidən sizin hesaba yüklənəcək. İlk olaraq ABŞ’da istifadəyə verilən xidmət, növbəti aylarda bütün dünyada istifadə ediləcəyi gözlənilir. Ümumiyyətlə bizim kimi “dıqqılı” ölkələr bir çox gözəlliklərdən kənar qalır.
Dünən isə London mərkəzli pul transferi platforması Azimo Facebook Messenger botu üzərindın çalışdığını bildirdi. Azimo təkmilləşdirdiyi bot vasitəsi ilə bu sosial platformada pul transferini əməliyyatlarını həyata keçirməyi hədəfləyir. Marta Krupinska Messenger’ə bir bank şöbəsi kimi baxılacaq ,“machine learning” adlı süni öyrənən süni intellektə sahib botlarla bu ediləcək.