Bütün dünyada, bu dünyaların məqsəd və hədəfləri eynidir.


1. Usta yolu - istehsalçı


2. Tacir yolu- satış sistemini quran və satan



Bu yolda iki mənsəbin sahiblərinin auditoriyası ( Hədəf kütləsi) eynidir MÜŞTƏRI.



1. Usta yolu- hər hansı xidmət və ya məhsul yaradılanda, bir sözlə (brend ) ərsəyə gətirəninə usta deyirlər. O şəxs ki, tələbin (müştəri istəyi) qarşılığını anlayaraq kütləyə optimal variant təqdim elədi Usta məhz, odur.


2. Tacir yolu- Usta tərəfindən yaradılan brend, xidmət və ya məhsulu bazarlarda kütləyə satan şəxsdir. Məsələnin önəmli hissəsi ondan ibarətdir ki, bu tələbin +təklifin arasında bu prosess durur. Ustanın (yaradılan) Tacirin (təklif edən) arasında yeganə duran amil müştəri tələbidir. Müştəri müasir zəmanədə yalnız xidmət, məhsul ya brend yox həmdə mənfət və dəyər axtarır. Insanlarda daima, iki qorxu var mütəmadi pul qazanmaq və qazanılanı itirmək, hər bir halda, önəmli olan mənfəətdir. Istənilan halda Ustadan fərqli olaraq Tacir-lər əsas önəm verməli olduğları məqam, mövcud müştərinin daimi saxlanılması və yeni müştərinin tapılması.



Tacir effektiv satış etməsi üçün Usta ilə məqsədyönlü iş aparmalıdır.



¤Xidmət ya brend kimə satılacaq? ¤Onların istəyləri nədir?


¤Müştəri yenidən geri necə dönsün?


¤Yeni müştərini, daimi müştəri necə gətirsin?


Misal : Müştəri mövsuma uyğun ayaqqabı alırsa, ilk növbədə ona maraqlıdır: Davamlılıq, keyfiyyət, dəbə uğunluq, rahat təmizlənməsi, qiymət sərfiyyatı, endirim və 70% hallarda brend olmağı. Artıq tələbkar (müştəri) ödəniş etdiyi hər şeydə mütləq probleminin həllini axtarır. Yaxın gələcəkdə, hər birimiz seçməli olacağıq Usta-(Hazirlayaq) ya Tacir - (sataq) . Pul insanlara yalnız və yalnız satış vasitəsi ilə gəlir. Satış-pulun nə iləsə dəyişdirilməsinə deyilir . Bu yazını oxuyan şəxs: Əgər bura kimi, səbirlə oxumusansa mütləq bizi yaradanın sənin ilə bağlı bir planı vardır. Elə indi bir kağız və qələm al əlinə düşün, özünə sual et. Mən hansı xidmət və ya məhsulu yarada bilərəm ya da ki Sata? Yəni Mən ustayam ya Tacir? Səndə öz həyatının Ustası ya Taciri ol, özünü belə brendləşdirə bilərsən sadəcə, çevik və dəqiq qərar ver. Unutma! Bu yazını kimsi 2016 ci-il noyabırın 2-si, kimsi 5-i oxuyacaq kimisi daha sonra həminki o gün həyatında birdaya təkrarlanmayacaq. Hər günün öz yeri var, bəhanələr ilə Sabah, gələn həftə, az sonra ilə özünü 1 ildən sonra indi ki, kimi görməyə doğru aparırsan.Düşünmə! Bəhanə axtarma! Sadəcə qalx və ET!