Ümumi mənada təşəbbüskarlıq anlayışına müəssisənin yaradılması, ehtiyatların toplanması və təsisi və fürsətlərin qiymətləndirilməsi üçün bir təşkilati quruluşun qurulması daxildir. Başqa sözlə təşəbbüskarlıq, təşkilatın yaradılması üçün edilən işlər ilə başlayır və qurulan müəssisənin (təşkilatın) öz özünü idarə edə bildiyi mərhələyə gəldikdə ya da uğursuz olduğu zaman isə sona çatar. Bu çərçivədə, təşəbbüskar fərdi ya da komanda olaraq, fürsətləri diaqnoz edib, bunun üçün lazım olan resursları yığıb təşkilatı quran və davam etdirmə mərhələsinə gətirən şəxslər olaraq təyin oluna bilər.



Avstriyalı iqtisadçı Jozef Şhumpeter təşəbbüskarlığı iqtisadi nəzəriyyəsinin təməllərini atmışdır. Şhumpeterin çıxış nöqtəsi iqtisadiyyatın bir sistem olduğu lakin, dəyişikliyin neo-klassiklərin dediyi kimi xaricdən deyil daxildən gəldiyi fərziyyəsidir. Bu daxili dəyişikliyin reallaşmasını təmin edən isə təşəbbüskarların şəxsən özləridir. Şhumpeter, Theory of Economic Development adlı əsərində, “təşəbbüskar ruhlu yeni firmaların daha az yenilikçi olanları yerlərindən edərək, yəni bir yaradıcı məhv etməyə (creativedestruction) səbəb olaraq iqtisadi inkişafın sürətini artırdığı” fikrini müdafiə etmişdir.



Şhumpeter Capitalism and Democracy adlı əsərində isə, böyük və sümükləşmiş şirkətlərin dəyişiklə mübarizə apardıqları üçün, təşəbbüskarların yeni firmalar qurub yenilikçi fəaliyyətin artmasına səbəb olduğunu ifadə etmişdir. Şchumpeterin fikrincə, təşəbbüskarların vəzifəsi, bir kəşfi və ya daha kütləvi şəkildə tətbiq olunmamış bir texnoloji yeniliyi istifadə edərək, yeni bir ticarət məhsul ortaya çıxarmaq, ya da mövcud bir məhsulu yeni bir şəkildə istehsalı üçün istehsal formasında islahata getmək və ya yeniləməkdir.



Şchumpeterin tərifində təşəbbüskarlıq yenilik etməyi ehtiva etdiyi üçün təşəbbüskar adı mütəmadi olaraq davam edən bir status deyil. Təşəbbüskar yalnız yenilik edirsə təşəbbüskardır. Başqa sözlə, təşəbbüskarlıq bir anlayış və davranış formasıdır. Bu tərifə görə, hər qurucu ya da professional idarəçi təşəbbüskar deyil, amma, yenilik edən hər qurucu və ya professional idarəçi təşəbbüskardır. Bu tərifə əsasən təşəbbüskarlar fürsətləri istifadə edən və yenilik edəndir, ona görə də təşəbbüskarlar yalnız yeni şirkət quranlar deyildir. Bu səbəbdən firmadaki istənlənişçi də yenilik edərək təşəbbüskar ola bilər. Bu cür təşəbbüskarlar “təşkilatdaxili təşəbbüskar” (intrapreneur) adlanır. Bu mənada təşəbbüskarlıq bir növ, mövcud qaynaqlardan kənarda da imkanların axtarılmasını tələb edən idarəetmədir. Təşəbbüskarlar, imkanları diaqnoz edər, lazım olan resursları bir araya gətirər, praktik bir hərəkət planı tətbiq edər və nəticələrini müəyyən bir zamanda və elastik bir şəkildə əldə edər. Nəticə olaraq təşəbbüskarlıq, yenilikçi dəyişikliyi təşviq edən bir fəaliyyətlərdir. Buna görə də təşəbbüskarlığın inkişafının dəstəklənməsi məsələsi dövlət üçün hər zaman mühüm məsələlərdən biridir.



Təşəbbüskarlığın və innovasiyanın iqtisadi böyüməyə müsbət töhfə verdiyi aparılan elmi araşdırmalarla sübut edilmişdir. Bu araşdırmalarda, yenilikdəki artımın iş qurma və iş ləğvetmə dərəcələrində artımla düz mütənasib olduğu müəyyən olunmuşdur. Amerikada Birçin araşdırması, yeni yaradılan məşğulluğun 80% -inin kiçik müəssisələr tərəfindən təmin edildiyi və əsasən kiçik müəssisələrin Amerika iqtisadiyyatının mühərriki olduğunu ortaya çıxarmışdır. Digər tərəfdən, Baldvin, bazara yeni girən müəssisələrin yenilikçi bir davranış mənimsədikləri və yeni müəssisələrin istehlakçılara mütəmadi yeni məhsullar və yüksək keyfiyyətdə xidmət təqdim edərək yenilikdə iştirak etdiyini müəyyən etmişdir. Audretsch və Thurikar aşdırmalarında, yenilik nəzəriyyələrinin hədəfinin müəssisə deyil, təşəbbüskar olması lazım olduğunu vurğulamışdır. Audretsch və Thurikmüasir iqtisadiyyatın, tədqiqat və işləmə, təşəbbüs sərmayəsinin və yeni müəssisə qurulmasının təşviq edilməsi vasitəsiylə informasiyanın kommersiyalaşdırılmasına əsaslandığı fikrini müdafiə etmişdir. Bu çərçivədə, yeni qurulmuş müəssisələrə maliyyə təmin edilməkdə, universitet və ictimai araşdırma təşkilatlarında yeni firmalar qurulması dəstəklənir, yeni qurulan yüksək texnologiya firmalarına maliyyə təmin edilməsi üçün yeni səhm bazarları yaradılır.



Belə ki, bir çox dövlətlər təşəbbüskarlığı dəstəkləyəcək və qoruyacaq bəzi tədbirlər həyata keçirir. Əslində bazar iqtisadiyyatının əsas şərtlərindən biri də təşəbbüs azadlığı, yəni bazara daxilolma və bazardan çıxış sərbəstliyidir. Dövlətin kiçik və orta biznes sektoruna dəstək verərək etdiyi müdaxilələrin təməlində, kiçik müəssisələrin bazardakı əlverişsiz vəziyyətindən qaynaqlanan bazar uyğunsuzluğunun (market failure) azaldılması fikridayanır. Riayət edilməli olan inzibati şərtlərin, öhdəliklərin azaldılaraq bazar şərtlərinin daha bərabər bir quruluşa gətirilməsi və kiçik müəssisələrin performans və rəqabət güclərinin artırılması məqsədini daşıyır.


Təşəbbüskarlıq ilk növbədə, iş yeri yaradılması və böyümədə iştirak etməsi səbəbiylə təşviq edilir. Dövrümüzdə yeni işlərin əksəriyyəti, böyük firmalardan çox yeni və kiçik firmalar tərəfindən yaradılır və bu meyl get-gedə güclənir. Təşəbbüskarlıq nisbətlərində daha böyük artım göstərən ölkələr, işsizlik nisbətində də böyük azalmaya nail olurlar. 1990-cı illər ərzində, sürətlə böyüyən firmalar məşğulluq yaradılması prosesində mühüm töhfələr vermişdir. ÜDM-dəki artım bir çox başqa faktordan təsirlənsə də, araşdırmalar, təşəbbüskarlığı iqtisadi böyüməyə müsbət bir töhfə olduğunu göstərir. Təşəbbüskarlıq, inkişafdan geri qalmış bölgələrdə ictimai və iqtisadi uyğunlaşmanın gücləndirilməsinə, iqtisadi fəaliyyətlərin canlanmasına və iş yerlərinin yaradılmasına və ya işsiz yaxud, əlilliyi olan insanların iş həyatına inteqrasiyasına da öz töhfəsini verə bilər.



İkincisi, təşəbbüskarlıq rəqabət mühitinin təmin edilməsinə töhfə verdiyi üçüntəşviq edilir. İstər yeni bir firma qurmaq, istər mövcud bir firmanı yenidən qurmaq (məsələn, müəssisənin başqa birinə verilməsindən sonra) yolundakı yeni təşəbbüslər məhsuldarlığı yüksəldir. Bu cür cəhdlər rəqabət təzyiqini artıraraq digər firmaları fəaliyyətlərini yaxşılaşdırmağa və ya yeniliklərə getməyə məcbur edir. Firmaların artan gücü və gətirdikləri yeniliklər, bütünlüklə iqtisadiyyatın rəqabət gücünü artırır. Bu proses, daha çox seçim imkanı yaradır və daha aşağı qiymətlərlə istehlakçılara də fayda verir.



Üçüncü olaraq, təşəbbüskarlıq insanlara öz potensialına həyata keçirməyə imkanını verdiyi üçün təşviq edilir. İşləmək pul qazanmanın yeganə yolu deyil. İnsanların peşə və iş seçimi prosesində təhlükəsizlik, müstəqillik, görülən işlərin müxtəlifliyi və işə maraq kimi başqa meyarlar də rol oynayır. Təşəbbüskar olmaq bu şəxslərə, özlərinə daha yaxşı bir mövqe yaratma imkanını verə bilir.



P. Reynolds, təşəbbüskarlığın təşviq edilməsi üçün üç yol təklif edir:



Birinci üsul, uyğun çərçivə şərtlərinin hazırlanmasıdır. İqtisadi fəaliyyətin cərəyan edəcəyi təşkilati qaydaların təmin edilməsi, təşəbbüskarlıq siyasətinin əsas ünsürüdür. Təşəbbüskarlıq üçün sabit bir makroiqtisadi mühit və yaxşı işləyən bir bazar sistemi yaradacaq struktur siyasət lazımlıdır. Dövlət, rəqabətli bazar, təşəbbüs sərmayəsi bazarı daxil olmaqla yaxşı işləyən bir sərmayə bazarı, elastik əmək bazarları yaratmalı, müəssisələrin məruz qaldığı ağır inzibati tənzimləmələri sadələşdirməli və firmanın bağlanması və iflasından qaynaqlanan xərcləri azaltmalıdır.



İkinci yol isə, təşəbbüskarlığı dəstəkləyən ictimai davranışların təşviq edilməsidir. Ölkənin ictimai ünsürləri o ölkənin təşəbbüskarlıq səviyyəsinə təsir edir. Əməkdaşlığa açıq cəmiyyətlərdə, təşəbbüskarlıq daha rahat inkişaf edir və təhsil sayəsində təşəbbüskarlığa istiqamətlənmiş müsbət fəaliyyətlərhəyata keçirilə bilir.



Üçüncü olaraq da yaxşı hazırlanmış dövlət proqramları da təşəbbüskarlığı təşviq etmək mövzusunda təsirli olur. Proqramlar, ölkə səviyyəsində və regional səviyyədə ünsürlərin cəmindən meydana gələr. Parça-parça və fərqli sahələrə xitab edən proqramların əvəzinə maliyyə proqramları, təhsil xidmətləri, biznes inkubatorları, elm parkları, iş şəbəkələri, çoxluq (cluster) proqramlarını ehtiva edən daha inteqrasiyalı proqramların inkişaf etdirilməsi daha faydalı olardı. Təşəbbüskarlıq üçün daha sağlam bir mühit yaradılabilməsi üçün, yerli təşəbbüskarlıq siyasətinin yerinə bir-biriylə qarşılıqlı əlaqədə olan, müxtəlif ünsürlərin bir yerdə olduğu daha əhatəli yanaşmaya sahib bir təşəbbüskarlıq siyasəti yürüdülməlidir.



İzlənilə biləcək spesifik strategiyalara nümunə olaraq aşağıdakılar göstərilə bilər: Mediandan istifadə edərək uğurlubiznes, iş adamı və məhsul profillərini tanıtmaq, yerli iqtisadiyyatın bütün sektorlarında uğurlu təşəbbüskarlar ilə müsahibə proqramı hazırlamaq, 18-25 yaşlarında gənclərin oxuyacağı və təşəbbüskarlıq üçün lazım olan xüsusi bacarıqları qazanacağı bir Təşəbbüs Kolleci qurmaq, təşəbbüskarlıq təcrübə proqramları təşkil edib, şagirdləri müvəffəqiyyətli yerli təşəbbüskarlarla bir araya gətirmək, kiçik biznes yay məktəbləri qurub, kiçik biznesinidarə edilməsi sahəsində kurslar təşkil etmək, məktəbləri kiçik biznes inkubatorları olaraq istifadə edib, məktəb mərkəzli bizneslərin qurulmasını və şagirdlərin potensial işlərini qurmasını təmin etmək və yerli ictimai və xüsusi fondları istifadə edərək kiçik təşəbbüs sərmayəsi fondları yaratmaq.



Hökumətlərin təşəbbüskarlığı canlandırmaq və dəstəkləmək üçün görəcəyi tədbirlər əsas olaraq bu başlıqlarda toplana bilər:



Əvvəlcə təşəbbüskar bir düşüncə tərzi yaradılaraq uğurlu təşəbbüskarlar kütləvi formada tanıdılmalı və bu uğurdan, potensial təşəbbüskarların cəsarət almağı təmin edilməlidir. İkincisi, gənc təşəbbüskarlar, qadınlar və işsizlər kimi müəyyən hədəf qrupları təyin olunaraq, bu qruplara istiqamətlənmiş strategiyanın inkişaf etdirilməsi təmin edilməlidir. Üçüncü, təhsil proqramları, kurs və seminarlarla təşəbbüskarlıq təhsilinin verilməsi təmin edilməlidir. Dördüncüsü, inzibati və hüquqi sahələrdə bazara daxil olmaq üçün maneələrinin aradan qaldırılması və biznes qurma prosesinin sadələşdirilməsi təmin edilməlidir. Beşincisi, yeni işə başlayacaq təşəbbüskarlara quruluş mərhələsində məsləhət və biznes planlaşdırma xidmətlərinin verilməsi təmin edilməlidir. Son olaraq da, təşəbbüskarların maliyyələşdirilməsi sahəsində təşəbbüs sərmayəsi və mələk investor kimi müxtəlif sərmayə mənbələrindən istifadə olunması təmin edilməlidir.



Mələk investorlar yenilikçi və uğurlu ola biləcəyinə dair ümid verən təşəbbüskarlıq layihələrinə quruluş ya da ilk mərhələlərdə maliyyə və təşkilati dəstək təmin edən varlı fərdi investorlara deyilir. Mələk investor şəbəkələri də, mələk investorlar və təşəbbüskarlar arasında əlaqələrin qurulması üçün kömək edir.