İnkişaf etməklə yanaşı, ağır zərbə alan iqtisadiyyat insanlara da, zərbə vurdu və vurmaqda davam edir.



Böyük şirkətlər bağlandı və ya kütləvi ixtisarlar etdi. Işsizlik faizi artdı bu da o deməkdir ki, ixtisara düşənlər iş axtarışlarına başladılar. Nə qədər sarsıdıcı olsa da, saxta işə düzəldənlər, insanların bu zəif yerlərindən istifadə edərək, bilərəkdən ki, namizədlər istənilən şərtlə (ilkin ödəniş, maaşın 50%-dan tutma) razılaşacaqlar təki iş olsun. Devolivasiyada qazanc əldə etmək üçün recruitment mərkəzləri adı ilə öncədən 10 azn ödəniş etdirərək yalançı vədlər verdilər , insanların ağır durumundan istifadə edərək “evlərinə çörək və dolanışıq qazandılar“.



Bir çox işədüzəltmələr şirkətlərlə əlbir olaraq oyunlar oynadılar bunlardan bir necəsi haqda bu oxuduğunuz yazıda öz əksini tapacaq.



- Cəlbedici Başlıqlar. “Yeni açılmış Holdin təhsilindən cinsindən aslı olmayaraq işə dəvət olunullar”, “Ofis işlərinə işçilər tələb olunur”, TransMilli Holding yeni şöbəsi üçün seçim turlarına başladı”, “Təcili işçi axtarılır”, ”Yüksək maşla işçi axtarılır”, “Yüksək gəlirli maaş təklif edən xarici şirkətə yazı-pozu işinə 18-50 yaş arası namizədlər tələb olunur”



Əsasən bu adlıqlar altında aldadan, şəbəkə ticarətin ucuz nümayəndəlikləri olur.Onlar deyir ki, biz 4-cü nəsil məhsulların satışını aparırıq ;).



- Tələ. Senari belədir. Dırnağarası işədüzəltmələr öncədən, şirkətlərlə danışır ki, guyə sənin işçiyə ehtiyacın var sənə aldadaraq işçi yollayıram 2 həftə sınağ müddəti verirsən sonra deyirsən ki, yox sən bizə uyğun deyilsən çıxardırsan yenə növbətini yollayıram amma iş axtaraların 10 azn-i bizdə qalır yarıba yarı bölürük. “Kişi” kimi qazanırıq)))



- Savadsız işə düzəltmə mərkəzlərinin yanaşması.



Mən 2014-cü ilə Azərbaycanda indiki peşəkar Recruitment mərkəzində həm kreativ həm də Satış şöbəsinin müdürü olaraq çalışmışam. Işlədiyim müddətdə görürdüm ki, recruterlərdə (işə düzəldən əməkdaş) belə yanaşma var idi “Əsas vakansiyanı bizə verən müdürlərdi, diqqət və qayğı ona yönəlməlidir“ Yəni qısaca iş axtaran adama ele-bele baxırdılar yəni onun işə etiyacı var oturanda belə icazə almalıdılar.



Mən onlara təlimlər keçirdim və izzah edirdim ki, Sizin 2 müştəri kütləniz var, Iş axtaran və işlə təmin edən.Sonucda 2 katrqoriyadan % tutursunuz və onların vasitəsi ilə maaş və haqqınızı alırsınız diqqətli və qayğıkeş hər iki tərəf üçün olmağınız önəmlidir.



- 95% bazarda olan işədüzəltmələr bu günə kimi, vakansiyaların Klasfikassiyasını bilmillər və namizəd seçimini yalnış və tez -bazar edillər ilkin ödəniş və 50% xatirinə nəticə etibarı ilə həm namizəd incidilir və işi olmadığı halda boşuna yola pul xərcləmiş olur bununla yanaşı, vakansiyanı işədüzəltmələrə verən şirkət əmin olur ki, işi bilmiyənə həvalə edib və ya öz HR şöbəsini yaradır və beləcə mütəxəssis yox “Işçi axtaran”lar nüfuzdan düşürlər həm onlara təlabat azalır həm də, bazardan itirlər. Şəbəkə ticarətində ən düzgün və məhz bunula özlərini brendləşdirən “ORIFLAME” dir.



Öz satdığı məhsulun, keyfiyyət və səmərəli və iş axtaranlar üçün açıq iş yeri olduğu üçün bütün elanlarinda alnı açıq yazır ki, sizi “ORIFLAME”işə dəvət edir.



Bu gün Azərbaycanın Peşəkar və İxtisaslaşmış Recruitment mərkəzinə ehtiyacı var sırf peşəkara.