Avropa Birliyi səviyyəsində təşəbbüskarlığın təşviqi siyasəti ilə üzv dövlətlərin izlədiyi siyasətlər arasındakı əlaqə çox önəmlidir. Səlahiyyətin bölünməsi prinsipi bu sahədə da gözlənilir. AB təşəbbüskarlığın təşviqi siyasəti üzv dövlətlərin izlədiyi siyasətlərə bir əlavə töhfə təmin etmək məqsədində olub, daha çox tamamlayıcı bir funksiya yerinə yetirir. Bu çərçivədə, məhdud resurslara malik olan çoxillik proqram təşəbbüskarlığın inkişaf etdirilməsinin xüsusi olaraq vurğulanmasının səbəbi, Avropa səviyyəsində məhsuldar təşəbbüskar fəaliyyətin inkişaf etdirilməsini təmin etmək məqsədi ilə üzv dövlətlərin bu mövzuya xüsusi əhəmiyyət verərək siyasət izləməsini istənməsidir.
Bu çərçivədə ifadə edilməlidir ki, müxtəlif ölkələrdə fərqli nisbətlərdə təşəbbüskarlıq səviyyəsi vardır. Almaniyada, 25 gəncdən biri iş qurmağa təşəbbüs edərkən bu nisbət İspaniyada 30-da bir, və İrlandiyada 100-dən 1 şəklindədir. Bu fərq isə, bu ölkələrin izlədiyi təşəbbüskarlığın təşviqi siyasəti qədər bu ölkələrin sosial-iqtisadi və mədəni şərtləri ilə də yaxından əlaqəlidir. AB üzvü ölkələrin təşəbbüskarlığı təşviq edilməsi üçün cəmiyyət, fərd və firma olmaqla üç səviyyədə həyata keçirilir.
Təşəbbüskarlıq istiqamətində daha müsbət ictimai fikirlərin inkişaf etdirilməsi üçün, AB-ə üzv dövlətlərdə tətbiq olunan üsullardan biri, uğurlu təşəbbüskarlıq hekayələrinin “vitrinə” çıxarılması yolu ilə cəmiyyətə rol modellərinin təqdim edilməsidir. Məsələn, Lüksemburqda uğurlubiznes layihələrinə mükafatlar verilmişdir. Avropa Komissiyası tərəfindən dəstəklənən Chambredesmétiers, gənc təşəbbüskarlar mükafat verir.
Cəmiyyətin uğursuzluğa düçar olmuş təşəbbüskarlara yeni bir başlanğıc etmək fürsəti verməsi üçün İngiltərədə, İngilis Ticarət Palatası, Ali Müdirlər İnstitutu və İngilis Sənaye Konfederasiyası tərəfindən Təşəbbüs Anlayışı (EnterpriseInsight) kampaniyası keçirilir. Bu şəkildə təşəbbüskarlığa dəstək proqramlarının əlaqələndirilməsi, yeni təşkilatların artırılması, yeniliyin təşviq edilməsi və uğursuzluğun azaldılması nəzərdə tutulur.
Sosial hədəflərə nail olmaqda təşəbbüskarlığın rolu getdikcə artır. Avropada özəl sektorun iş yerlərinin təxminən 8%-ini meydana gətirən, əsas məqsədləri üzvlərinə və ya daha geniş bir birliyə xidmət etmək olan kooperativlər, dərnəklər və fondlar kimi ictimai məqsədli müəssisələr, çox vaxt investisiya məqsədli firmalar kifayət qədər qazanc əldə etmədiyi şərtlərdə ayaqda qalmağı və keyfiyyətli xidmətlər təqdim etməyi bacarır. Bir çox yerli idarəçi, dövlət xidmətlərinin təşkilində fəaliyyəti artırmaq üçün özəl sektorun və dövlət sektorunun müsbət xüsusiyyətlərini birləşdirmək üçün yollar axtarır. Bu gün, Avropa Birliyində 3,5 milyon adamı işlə təmin edən, əsasən ictimai hədəflərə sahib ictimai müəssisələr, get-gedə daha çox əhəmiyyət qazanır.
Sosial hədəfləri olan sahibkarlığı nümunə olaraq, İrlandiyadakı ortaqlıqlar proqramı (Area-basedpartnerships) verilə bilər. Bu proqram bölgədə mövcud İşsizlərin təşəbbüskar olmağına kömək etmək məqsədini da boynuna götürmüş regional bir fəaliyyətdir. Bu proqram ilə regional təşəbbüs şirkəti qurulur. Qurulan şirkətdə yerli işəgötürən və işçi nümayəndələri, siyasətçilər, dövlət qurumlarının nümayəndələri və işsizlərdən ibarət idarə heyəti var.
Bazara daxil olmaqda maneələrinin azaldılması baxımından üzv dövlətlər, sərmayənin fəaliyyətə keçməsi mərhələsində qarşılaşdıqları kompleks inzibati proseduralar və maliyyə çatışmazlığı problemlərinə qarşı bəzi tədbirlər alırlar. Biznes qurma prosedurasına sürət qazandırmaq üçün, Portuqaliyada 1977-ci ildə “Biznes Rəsmiləşdirmə Mərkəzləri” qurulmuşdur. Yeni firmaların qeydiyyatını asanlaşdırmaq məqsədiylə qurulan bu mərkəzlər, yeni bir firmanın qeydiyyatı üçün lazım olan müxtəlif sənədlərin verilməsi üçün (məsələn, şirkət müqaviləsi ya da ticarət və ictimai sığorta qeydiyyatları) bütün müvafiq nazirliklərin nümayəndələrini bir araya gətirir. Təşəbbüskar namizədlər eyni mərkəzdən məsləhət xidmətləri də ala bilir. Bu istiqamətdə ölkəmizdə atılan addımlardan biri ABAD mərkəzlərinin yaradılmasıdır.
Sərmayədar tapılması baxımından isə, İngiltərədə kiçik müəssisələrin maliyyələşdirilməsi təmin etmək məqsədi ilə, 1999-cu ildə regional səviyyədə təşəbbüs sərmayəsi fondları yaradılıb. Bu fondlar cəmi 1 milyard Sterlinq məbləğində maliyyə ehtiyatına malikdir. Eyni şəkildə, hökumət tərəfindən, təşəbbüs sərmayəsi təsisi üçün yaradılan Təşəbbüs Sərmayəsi Trostu (Venture Capital trusts-VCT), xüsusi sərmayədarların kiçik özəl müəssisələrə yatıracağı sərmayədən qaynaqlanan risklərini yayma imkanı verir.
Digər tərəfdən, yenə İngiltərədə rəsmi investisiyalardan beş dəfə böyük həcmdə mələk sərmayədarlar, Milli Biznes Mələkləri Şəbəkəsi (National Business Angels Network-NBAN) çərçivəsində birləşərək sayları 26-dan 50-yə çatmışdır.
Austria Wirtschaftsservice Gesellschaft (AWC) 2002-ci ildə Avstriyada qurulmuş bir ictimai maliyyə vasitəçiliyi şirkəti olub, təşəbbüs sərmayəsinə bənzər kreditlər təmin edir. Qurulma mərhələsindəki şirkətlərə verilən bu sərmayə qarşılığında, şirkətin iş planında göstərildiyi kimi şirkət mənfəətinin əvvəldən təyin olunmuş bir miqdarı ödəniş olaraq bu vasitəçi şirkətə geri ödənilir. AWS-nin nümayəndələri, şirkətin idarə heyəti yığıncaqlarına qatılır, ancaq qərarlara müdaxilə etmir.
İtaliyada 30 ildən çoxdur fəaliyyət göstərən qarşılıqlı zəmanət təşkilatlarının yaradıldığı "CONFIDI" adlı milli qarşılıqlı zəmanət sistemi, 680 xüsusi şirkət və 1 milyon sahibkarı əhatə edir. Sistem,80% nisbətinə qədər yeni qurulan müəssisələrə və 50% nisbətinə qədər də mövcud müəssisələrə verilən kreditlərə zəmanət verir. Bu sistem sayəsində, fərdi girov ya da ipoteka istənmədən, 500.000 avroya qədər kredit zəmanəti verilir və bankların böyük müştərilərinə tətbiq etdiyi nisbətən aşağı faiz dərəcələrini, kiçik sahibkarlar də verilməsi təmin edilir.
Risk və mükafat baxımından isə, Avropada təşəbbüskarlığı təsirli bir şəkildə mükafatlandırılması və işini icra edə bilməyən təşəbbüskarın həvəsinin qırılmaması üçün tədbirlər alınır. Məsələn, Belçikada qəbul edilən iflas qanunları, təşəbbüskarların müvəqqəti problemlər yaşayan müəssisələrinə xilas etməyinə imkan verməyi və ayaqda qalması mümkün olmayan firmaların mümkün qədər tez təmizlik edilməsini təmin etmək məqsədi daşıyır. Məhkəmələr iflas etmiş dürüst təşəbbüskarların əfvinə qərar verə bilir və bu yolla iş həyatında yeni bir başlanğıc edə bilməyinə imkan tanıyır.
Kəmiyyət və keyfiyyətin artırılması baxımından isə, təşəbbüskarlıq təhsili fərdlərin, birtəşəbbüskar olaraq karyera fürsətinlərindən agah olmağına və bacarıqlarını inkişaf etdirərək gələcəyin təşəbbüskarları olmağına şərait yaradacağı üçün, üzv dövlətlərin əksəriyyəti, müxtəlif səviyyələrdə də olsa, öz təhsil sistemlərində təşəbbüskarlıq təhsilinə əhəmiyyət verirlər. Təşəbbüskarlığın tələbə şəhərciyi mühitindən başlayaraq dəstəklənməsinə nümunə olaraq İrlandiyadakı EnterpriseIrelandın təşəbbüsü göstərilə bilər. EnterpriseIreland, tələbə şəhərciklərində biznes cəhdlərin kəmiyyət və keyfiyyəti artırmaq üçün işlər görür. Proqram, İrlandiya regional böyümə strategiyasının tərkib hissəsidir və biznes qurmaq istəyən universitet məzunlarına praktik bilik və idarəetmə dəstəyi təmin edən bir illik bir müəssisə dəstək proqramını əhatə edir. Şəhərcik Şirkət Proqramı (Campus Company Programme) çərçivəsində, təhsil işçiləri tədqiqatlarının nəticələrini biznesə çevirmək üçün maliyyə dəstəyi ala bilir. Bundan başqa AB 850-dən artıq müəssisə dəstək proqramı var.
İtaliyada gənc təşəbbüskarları təşviq etmək məqsədilə Xəzinənin xüsusi bir qanunu ilə qurulan və sərmayəsinin 84%-ni İtalyan xəzinəsindən, qalan hissəsini özəl sektordan təmin edən IG Spa adlı şirkət, 18-35 yaş qrupunda olan gənc təşəbbüskarlar üçün hər cür xidmət təmin edir. Bundan başqa, gənc əhali arasında təşəbbüskarlıq mədəniyyətinin yayılması üçün yerli bələdiyyələrlə əməkdaşlıq edilir və təhsil sistemində təşəbbüskarlığın olmasına çalışılır. Təhsillə birlikdə yeni firmanın/təşəbbüskarın, təcrübəli sahibkarların təcrübələrindən istifadə etməyinə və məsləhət xidmət almağına xüsusi əhəmiyyət verilir. Bu proqram sayəsində 800 yeni şirkət qurulmuş və 23.000 yeni iş yaradılmışdır.
Bundan əlavə AB-nə üzvü ölkələrdə təşəbbüskarların müəssisə səviyyəsində qarşılaşdıqları problemlərin həlli üçün də bəzi tədbirlər həyata keçirilir.