Sərnişin daşımada yeni dönəm günü-gündən inkişaf edən Bakımızda ticarətlə yanaşı nəqliyyat sahəsinin rəqabət bazarında marketing tətbiq olunur.




✔Yazdığım qəribə gələ bilər oxuyanda sizə amma "Baku Bus" -un gəlişi ilə vəziyyət müsbətə doğru dəyişir. Indi ki, şəhər arası adlandırdığımızın əslində özü bir xidmət sahəsinin olduğunu bizim avtobuslarımızın sahibkarları başa düşdülər ki, sən demə bu xidmət sahəsidir.

Necə deyərlər:-"Gec olsun, güc olsun"))).

Bu günki yazımda sərnişin daşımadakı şəxsi müşahidəmdən yazacam.




Baku Bus- ilk bundan yazım ki, konsepsiya üzərində çalışanlara sözün əsl mənasında halaldır. 1.Geniş, müasir, təmiz ,səliqəli, təhlükəsiz bir nəqliyyat vasitəsidir. 2.Gediş haqqı-kartla 3.Dayanacaqdan dayanacaqa 4.Yüksək səsli musiqi yox 5.Sürücülərdə-Vahid və Korporativ standartlara uyğun geyim. 6.Sərnişin ilə minimum kontakt 7.Sürücü və nəqliyyatla bağlı sual və narazıçılıqlar üçün işlək nömrə. 8. Adlıq (badge)




Bu yazdıqlarımı bilirəm ki, sizdə bunlardan xəbərdarsınız amma "Baku Bus"-un servis və konversiyasının ♻ artmasına, sərnişin məmnunluquna maksimum təsir göstərir və məhz bunlar təhrik və məcbur edir ki, sərnişin daşıma xidmətində digər avtobus sahibkarları başa düşsünlər ki, bu sadəcə avtomobilsiz sərnişin deyil bu həm Möhtərəm,Cənab müştəridir. İdeal Sərnişin daşıma xidməti artiq konkurensiya (rəqabət) dövrünü yaşayır.




✔ 79,85-də bu dediklərimi etməyə çalışır hamısını edə bilməsədə bir qismini edib. Məsələn, "Baku Bus"-ın içərisində giriş qapısından solda ikonkalar (işarələr) var, orada nauşnikdə musiqi dinləyən üçündür ki, yüksək səslə dinləmək olmaz yanındakı digər sərnişin narahat ola bilər,bu o deməkdir ki, avtobusda da, yüksək səslə musiqiyə yol verilmir amma tək "Baku Bus" riayət edir digərlərində hələdə Sarı Çiçəyim sevilərək dinlənilir. (Konsepsiyada qopuqluq) belə olduğu halda müştəri (sərnişin) ciddi yanaşmır.




Baku-bus5 ✔ "Baku Bus"-la eyni zamanda başlayan 88 nömrəli avtobus kartla etsə də, əsl rayon avtobusu formatındadır ))) Kartı qabaqda vurub arxadan minirlər , kart yoxdusa ödənişi nəğd şəkildə də qəbul edirlər. Dayanacaqdan dayanacaqa anlayışı burada ümumiyyətlə tətbiq olunmur.



61 nömrəli xətt avtobusları da, çox səliqəli və nümunəvidirlər. Bu gün "Baku Bus"-a rəqib olaraq yalnız 61 nömrəlini görürəm və çox iddialıdırlar hətta 61 avtobuslarında musiqi dinamikaları avtobusun çölündə qurlaşdırılıb həm əyləncəlidir həm innovativdir . Dayanacaqda durduğun zaman 61 gəlirsə maraqlı olur. Dj Tural-ın danışdığı mövzu nə haqdadır?)))))baku-bus-4




✔ Bu yazdığım neqativlərə baxmayaraq müşahidəm məni sevindirir ki, necə ki, sərnişin daşımada taksilər brendləşir ,eləcədə avtobusla şəhərarası sərnişin daşımalarda da, inkişafa yönümlü elementlər hiss olunur.Bu işdə "Baku Bus"-un gəlişini qeyd etməyə bilməzdim.




"Baku Bus" üçün bir sərnişin kimi arzularım.

✔ Konsepsiyanın heç bir elementləri zamanla itməsin. Məsələn, artıq bir çoxlarında monitorlarda səslə marşrutlar və ya çatılan dayanacaqın adı səslənmir. Qapilardakı qırmızı və göy rəngdəki işarə yapışkanlar soyulub və rəngin itirib.




✔ Naqədər sərnişin çox olsa da, avtobusa giriş öndən, çıxış arxadan dəyişilməz qalsın.Bunlar onun göstəricisidir ki, marketing alətləri işləkdir sadəcə yerində.




✔ Yaradıldıqdan və işə düşdükdən sonra nəzarət və monitorinq önəmlidir, bəs bunu necə həyata keçirdmək lazımdır?




Anar Bayramovun "Biznes nə istəyir?" kitabındakı kimi etmək çox önəmlidir. 1. Tənqid konstruktiv olmalı; 2.Komanda üzvlərinin fəaliyyətinə müntəzəm olaraq nəzarət olunmalı; 3.Komandada yeni ideaların əmələ gəlməsinə təşviq edilməli; 4.Hər bir işdə ən yüksək standartlar tələb edilməli; 5.Komandada fərdi bilik və bacarıqları inkişaf etdirmək, daim lazımı treninqlərdən istifadə edilməlidir.




✔ Iradım. Avtobuslar göründüyü kimi çox bahalıdırlar və sürücülər görə-görə sürətlə, dərin çuxurlara salırlar həm sərnişin narahat olur bununlada, yanaşı bütün şüşələr sirkələnir və bu o deməkdir ki, 1-2 ilə avtobus hissələrinin səs -küyündən getmək olmayacaq və bu "Baku Bus" mülkiyyətinə və büdcəsinə zərər vurulması deməkdir.




✔Arzu edirəm ki, bütün Sərnişin daşımada 61 və "Baku Bus" möhkəmlənsin və təhlükəsiz daşımanı həyata keçirtsin.