İyun ayının nəticələri sayca 3-cü ardıcıl araşdırmamdır. Bundan əvvəl, AprelMay ayı üçün yerli və xarici kanalları araşdırmışdım. Nəticələrin mənbəsi haqqında ilk yazımda məlumat vermişdim.


Ötən araşdırmalarda olduğu kimi, 200 kanalı yenə 3 əsas kateqoriyaya bölmüşəm: Azərbaycan kanalları, Rusdilli kanallar və Türkdilli kanallar. Bundan əlavə Uşaq kanallarını ayrıca təqdim edirəm.


Bu ayın nəticələrində ən əlamətdar məqam son ayların ən çox izləninlən kanalı, Türkiyənin Star kanalının geriləməsi və birinciliyi Azərbaycanın ATV kanalına verməsini qeyd etmək olar.


Başda ümumi siyahının lideri ATV olmaqla, yerli kanallarımızın sıralaması belədir:




İyun ayı həm xarici həm də yerli kanalar arasında lider ATV Azərbaycan kanalı olub. ATV ötən aya nisbətən təqribən 8000 saat çox izlənilərək ümumi 36012 izlənmə saatı toplayıb. Xəzər TV isə 2-ci ən baxımlı Azərbaycan kanalı olaraq demək olar ki yerində sayır və lider ATV-dən izlənmə saatlarına görə təqribən iki dəfə geri qalır. Eyni zamanda Xəzər TV ümumi siyahının 4-cü baxımlı TV kanalıdır. Növbəti iki TV kanal, ARB TV və AZTV isə ölkənin iki lider TV kanalından dəfələrlə geri qalırlar və iyun ayı demək olar ki, bərabər nəticə göstəriblər. AZTV 6410 saat, ARB TV isə bir qədər az 6346 saat izlənib. Ümumi siyahının 24-sü, yerli kanalların isə 5-si isə İyun ayı 4742 saat izlənilən, İctimai TV olub. Xatırladım ki, ötən ay bu TV kanal təqribən 2000 saat daha çox izlənmişdi və May ayının ümumi siyahısında 14-cü olmuşdur. Ardınca isə biri birlərində çox az fərq ilə, ardıcıl olaraq, Lider TV, İnter AZ, Mədəniyyət və İdman Azərbaycan TV kanalları qərarlaşır. Yerli kanalların 2017 İyun ayı üçün olan cədvəlinin dibini isə CBC, ARB Günəş və CBC Sport kanalları qapayırlar. Ümumi siyahın 115-si yerli kanalların isə sonunsu olan, CBC Sport, digər yerli kanallara nisbət çox az saat izlənib, cəmi 511 saat.



Türk kanallarına gəldikdə isə, nəticələr belədir:




*Siyhaıda FOX Türk və Kanal D yoxdur. Bu kanallar artıq Azərbaycanda yayımlanmır.



Ötən ayların lideri, Star TV ümumi siyahıda birinciliyi əldən versə də, Türk kanalları arasında hələ də liderdir – 25754 saat. Şübhəsiz ki, bu kanalda yayımlanan Kara Sevda serialının ölkəmizdə populyarlığının bu nəticədə rolu böyükdür. Kara Sevda serialının sezon finalı İyun ayının əvvəli olduğundan, ötən aylara nisbətən Star TV daha az izləndi. Acun İlıcalının kanalı, TV 8 də bu ayın ümumi siyahısında bir pillə geriləyərək 6-cı olub. TV 8 öz ötən aykı yerini digər Türk kanalı, ATV Türkə verib. ATV Türk 13799 saat TV 8 isə 12950 saat izlənib. Bir maraqlı faktı burda qeyd edim ki, İyul ayından TV 8 kanalında rusların Maşa və Ayı cizgi filminin türkcə dublyaj olunmuş seriaları yayımlanır, hesab edirəm ki, İyul ayının nəticələrində bunun TV 8 kanalı üçün müsbət nəticələri olacaq. Bir qədər daha az izlənmə saatı ilə, ümumi siyahıda 7-ci, Türk kanalları sırasında isə 4-cü olan, Show TV qərarlaşıb – 12617 saat. Bu TV kanalda da populyar serialların yayımında yay fasiləsi olduğundan izlənmə saatları azalmışdır. Digər Türk kanalları isə bu 4-lükdən geri qalmaqda davam edirlər. Ən yaxın olanı Kanal 7-dir ki, o da cəmi 8660 saatla ümumi siyahıda 10-cu yerdədir. Ötən ay isə bu geri qalma daha da çox idi.



Rus kanallarına baxdıqda isə, nəticələr belədir:




Rus kanalları ayrı ayrılıqda əsas Türk kanallarına nisbətən az baxılırlar. Lakin ümumilikdə tam siyahıda ilk 15 Rus kanalının hər biri 4000 saatdan çox izlənib, Türk kanallarından isə bu göstəriciyə yalnız 6 kanal malikdir. Türk kanalları əsasən geniş kütləyə yönəliblərsə, Rus kanalları daha çox konkret auditoriyaların maraq dairələndədirlər.


Ötən aylar olduğu kimi, bu ay da ən çox baxılan Rus kanalı, 1-й Канал olaraq qalır – 18170 saat. Lakin bu ay 1-й Канал bir qədər çox izlənib və ümumi sıralamada bir pillə irəliləyərək üçüncü olub. Digər Rus kanallarının izlənmə saatları isə nisbətən daha azdır. Siyahımızın ikinci Rus kanalı, НТВ, 8871 saat baxılıb və ümumi siyahıda 8-ci yerini ötən aydan qorumaqdadır. Ardınca isə siyahıda 3-cü Rus kanalı, Россия 1-dir, 8719 saat. Daha populyar hesab etdiyim, ТНТ və СТС kanalları isə, ümumi siyahıda ardıcıl olaraq 11 və 12-cidilər. Ardıcıl olaraq, 7592 və 7195 saat.


Ötən ay olduğu kimi bu ayda uşaq kanalları, TOP-larda olmasalar da hər 3 dil kateqoriyasında orta yerlərini qoruyurlar. Uşaq kanalların cədvəli belədir:




Ən baxımlı 8 uşaq kanalları sırasında 5 Rus, 2 Türk və 1 Azərbaycan kanalı var. İyun ayının ən baxımlı uşaq kanalı rusdilli Nickelodeon olub, 6894 saat. Ötən ayın birincisi rusdilli Nick Jr isə cüzi fərq ilə, uşaq kanalları sırasında ikincidir, 6314 saat. Türk dilində olan ən baxımlı uşaq kanalı isə, ötən ay olduğu kimi TRT Çocuk qalır, 5210 saat. Siyahıda növbəti uşaq kanalları isə müvafiq olaraq 4305, 3308, 3128 saat ilə Cartoon Network, Disney Rus və Карусель qərarlaşıblar. Daha sonra isə 1760 saat ilə Minika Çocuk kanalı yer alırlar. Ondan cuzi fərq ilə, yerli ARB Günəş kanalı İyul ayının 8-ci baxımlı uşaq kanalıdır – 1669 saat.


May ayının nəticələri ilə müqayisədə İyul ayı izlənmə saatlarının artımına görə aşağıdakı 3 kanalı qeyd etmək olar:




May ayının nəticələri ilə müqayisədə İyul ayı izlənmə saatlarında geriləməyə görə isə aşağıdakı 3 kanalı qeyd etmək olar:





Əgər Star TV kanalında geriləməni Kara Sevda və digər seriallarda fasilə ilə əsaslandırmaq olarsa, İdman Azərbaycan və AZ TV-də belə bir fərq ona görə yaranıb ki, May ayı bu TV kanallarda 4-cü İslam Həmrəylik Oyunları yayımlanırdı.


Siz də, ən son nəticələrdən məlumatlı olmaq istəyirsinizsə lütfən səhifəmi izləyin.