Hamımızın karyerasında 5-10 ili tamamladıqdan sonra yeni istəklər, yeni hədəflər formalaşır. Bu da çox təbiidir. İnsan eyni işi uzun müddət görə bilməz. Daim öz üzərində çalışmalı, bilik və təcrübəsinə yeni nələrsə qatmalıdır. Bugün təhsil sistemimizin ən böyük çatışmazlığı onun praktik yönünün yetərli olmamasıdır. Hamımız istər işəgötürən, istərsə də işçi mövqeyindən bu çətinliyi hiss edirik.




Biznesin praktik oyun qaydalarını ancaq universitet təhsili ilə əldə etmək olmur. Bunun üçün də dünyada bir çox MBA proqramları yaradılıb. Və bu artıq öz sahəsində minimum 5-10 il iş stajı olan şəxslər üçündür. Onların bir qismi ixtisasını dəyişmək üçün, bir qismi də daha rəhbər vəzifələrə getmək üçün MBA təhsili alırlar. Normalda MBA təhsili master kimi 1-2 illik proqram şəklində olur. İşləyən adamlar işdən sonra MBA dərslərini almaqla həm özünə yatırım edir, həm də işini axsatmır. Azərbaycanda isə keyfiyyətli və ən əsası yuxarıda dediyim kimi praktik MBA proqramları çox olmadığından bir çox hallarda xaricə getməli oluruq. Bu halda da iş yerimizi və yaxınlarımızı ən azı müvəqqəti tərk etməli oluruq. Edə bilməyənlər də distant / online təhsil almağa üstünlük verirlər.




Ölkəni tərk etmənin maddi çətinlikləri aydındır. Adətən MBA proqramları ucuz olmur. Məsələn bizə ən yaxın Türkiyədə Bilgə Universitetinin MBA proqramının qiyməti bir dönəm üçün 16000 dollar civarıdır. Xaricdə MBA-nın çox saylı üstünlükləri danılmazdır. Amma gəlin razılaşaq ki, yenə də yerli adaptasiya tələb edir. Lokal biznes elə lokal qaydaları ilə idarə edilir. Və ölkəmizdə aparılan iqtisadi islahatların istiqaməti də onu deməyə əsas verir ki, biz çox ciddi şəkildə xarici təcrübəni öyrənməli və ən əsası bunu nəticəyə yönəlik praktik üsullarla tətbiq etməliyik, adaptasiya etməliyik.




Biz dostlarımızla bu sahədə olan boşluğu görüb birlikdə NNA Academy adlı praktik mini MBA proqramı hazırlamaq qərarına gəldik. Daha ətraflı məlumat üçün nna.az saytından və rəsmi facebook səhifəsini ziyarət edə bilərsiniz.




Qısaca üstünlüklərini aşağıda sadalayıram:


  1. Klassik MBA kimi 2 illik deyil, intensiv üsulla 4 ay müddətinə bitir.
  2. İş yerinizi dəyişmək lazım gəlmir, işdən sonra 19:00-da başlayıb 2 saat davam edir.
  3. Təlimçilər 70% yerli biznes keyslərlə praktik olaraq aktual mövzularda tədrisi həyata keçirir.
  4. Mini MBA proqramımız 4 modulu əhatə edir. Bu təlim proqramı qabaqcıl biznes məktəblərinin MBA proqramının qısaldılmış formatında qurulmuş starteji idarəetmə, marketinq və satış, maliyyə və mühasibatlıq və strateji insan resurslarInın menecmenti mövzularını əhatə edən və praktiki mövzular üzərində qurulmuş təlimdir
  5. Yerli biznes mühitinə uyğunlaşdırılmış tədris materialları sertifikatlaşdırılmış təlim testləri ilə birlikdədir
  6. Təlimçilər 4 istiqamət üzrə öz sahəsində yerli və xarici təcrübəyə malik mütəxəssislərdir. Təlimçilərin praktik təcrübəsindən əlavə metodik təcrübələri də var ki, mövzuların asan şəkildə çatdırılmasına şərait yaradır.


Kimlər iştirak edə bilər:


  1. Biznesini inkişaf etdirmək istəyən sahibkarlar;
  2. Korporativ sektorda çalışan bilik və bacarıqlarını inkişaf etdirib karyera pilləkənində rəhbər vəzifələrə yüksəlmək istəyənlər;
  3. MBA diplomu əldə etməyə zamanı olmayan həm çalışıb, həm də təhsilini artırmaq istəyən dinamik insanlar;
  4. Dünyada baş verən son biznes trendlərini izləyən və daha yaxşı anlamaq istəyən mütəxəssislər;


Təlimdə iştirak etmək üçün minimum şərtlər:


– Bakalavr Təhsili


– 3 il iş təcrübəsi


Tədrisin izahı: Azərbaycan dili
Tədris materialları: Azərbaycan dili/İngilis dili
Müddəti: 64 saat (4 ay)
Həftənin 1-ci və 4-cü günləri saat 19:00-dan 21:00-dək
Qiymət: 280 AZN (aylıq)


Qoşulmaq üçün əlaqə: (+99450) 500 71 41)




Qısacası, kiçik sahibkarlar, ixtisasını daha da praktik təkmilləşdirmək istəyənlər, gələcəkdə rəhbər vəzifələrdə çalışmaq istəyənlər, hazırda rəhbər vəzifədə çalışıb ayrı-ayrı şöbələrin işini daha düzgün idarə etmək, effektiv nəzarət etmək istəyənlər üçün şiddətlər NNA ACADEMY-nin mini MBA proqramına qoşulmağı tövsiyyə edirəm. Modulları bütöv və ya tək-tək də götürmək mümkündür.