“Sony” “ağıllı” telefon satışları üzrə Türkiyədə əməliyyatlarını dayandırır”.


Facemark.az xəbər verir ki, iddianın sahibi isə “Twitter” üzərindən sızıntı informasiyalar paylaşan, məşhur, etibarlı mənbə olan Evan Blassdır.



Blass qeyd edib ki, Orta Şərq, Afrika və Türkiyə bazarında davam edən “Sony Mobile” əməliyyatları oktyabr ayında başa çatacaq və ofislərini bağlayacaqlar.


Türkiyədən çəkilmə iddiası sadəcə mobil departament üçün keçərlidir. Bu da o deməkdir ki, artıq “Sony Xperia” telefonları adıçəkilən bazarda rəsmi yollar ilə satılmayacaq. “Sony”dən isə hələ də məsələ ilə bağlı rəsmi açıqlama yoxdur.


Mənbə: DigitalAge